Baş səhifə    » SON 10 İL    » Əsrin başlanğıcı   

Əsrin başlanğıcı

  


XXI əsrin başlanğıcında -  2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. 
Azərbaycanda neft strategiyasının hazırlanmasında, bu siyasətin gerçəkləşdirilməsində, infrastrukturun inkişafı ilə bağlı müxtəlif layihələrin hazırlanmasında, iqtisadi islahatların həyata keçirilməsində, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri olan İlham Əliyev prezidentliyi dövründə demokratik, inkişaf etmiş hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla həyata keçirilməsinə nail ola bildi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanın son illərdəki inkişaf dinamikası digər illərdən əsaslı şəkildə fərqlənir.     
Belə ki, yeni əsrin ilk on illiyində əsas hədəflərdən biri iqtisadi inkişafda regionların xüsusi çəkisinin artırılmasına nail olmaq üçün müvafiq dövlət proqramlarının hazırlanması və uğurla həyata keçirmək olmuşdur. 2004-cü il  fevralın 11-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" adlanan sənədin təsdiq olunması barədə fərman verdi. 

Regionların inkişafına xidmət edən yeni siyasət aşağıdakı konkret məqsədlərə xidmət etməli idi: 
Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək;
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək;
Aqrar sektorda islahatları dərinləşdirmək;
Əhalinin məşğulluğunu artıraraq yoxsulluğun səviyyəsini azaltmaq;
İnfrastrukturu yeniləşdirmək;
Əlverişli investisiya şəraiti yaratmaq;
Müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirləri həyata keçirmək.

Regionların sosial-iqtisadi inkişafı ilə sözügedən dövlət proqramına əsasən, həyata keçirilməli tədbirlər üç səviyyədə müəyyən olunmuşdu:
1. Makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi tədbirləri; 
2. İqtisadi rayonlar səviyyəsində həyata keçiriləcək tədbirlər;
3. Hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmiş tədbirlər.
2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə yanaşı, Prezident İlham Əliyev bölgələrin inkişafı ilə bağlı ayrıca sərəncamlar da imzalamışdır. Dövlət başçısı bu proqramın icra olunduğu müddət ərzində  Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalayıb. Bununla yanaşı, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" təsdiq olunub. 



Oxunub: 100532



Azərbaycan Televiziyaları
İnternet Radio