Baş səhifə    » SON 10 İL    » Uğurlu məşğulluq siyasəti   

Uğurlu məşğulluq siyasəti

  



2006-2008-ci illər ərzində Azərbaycanda bütün regionları əhatə etməklə 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni iş yeri açılıb. Bu müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi məhz regionların payına düşüb, yeni yaradılmış müəssisələrin 88 faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil edib. Açılan 766 min yeni iş yerinin isə  547,5 mini daimi olub.
Sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılmasının sürətləndirilməsi məqsədilə fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddi 35 faizə, mənfəət vergisinin dərəcəsi və sosial sığorta ayırmaları 22 faiz səviyyəsinə endirildi. Vergilərin ümumi sayı 9-dək azaldıldı, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edildi. 
Ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişdirildi, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı xeyli dərəcədə azaldıldı, lisenziyaların müddəti isə uzadıldı. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafına, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verdi. Ölkədə ixrac rüsumları ləğv edildi, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirildi. 
Dövlət proqramının icrası dövründə sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də iş adamlarının güzəştli kreditlərlə təmin edilməsi mexanizmi oldu. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2004-2008-ci illər ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verildi.



Oxunub: 357441



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on