Baş səhifə    » SON 10 İL    » Tikinti sektorunun inkişafı   

Tikinti sektorunun inkişafı

  



XXI əsrin əvvəllərində tikinti sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində ölkədə inşaat işləri geniş vüsət almış, bu gün də qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası və sosial obyekt istifadəyə verilmişdir.
Son illərdə ölkədə təqribən 220 min yerlik 755 yeni məktəb binası tikilmiş, 344 məktəb binası əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri, dünya və Avropa standartlarına tam cavab verən olimpiya-idman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Son 3 ildə Bakıda 13 yol qovşağının, 23 piyada keçidinin tikilib istifadəyə verilməsini, 9 piyada keçidinin əsaslı təmir olunmasını, ümumiyyətlə, ölkədə 77 avtomobil körpüsü və yol ötürücüsünün, onlarla avtomobil yolu və yol qurğusunun istismara verilmişdir.


Eyni zamanda Azərbaycanın inşaat şirkətlərinin dünya bazarına çıxmaq istiqamətində ilk addımlar atılmışdır. Artıq "Akkord", "Azərkörpü" və "Alıbəyli" kimi şirkətlər müasir tikinti bazalarının yaradılması və elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etməklə, Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının xətti ilə Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Liviya və başqa ölkələrdə həyata keçirilən layihələrin tenderlərində iştirak edərək qalib gələrək layihələndirmə və tikinti işləri aparırlar.



Oxunub: 83235



Azərbaycan Televiziyaları
İnternet Radio