Baş səhifə    » Qulamrza Səbri Təbrizi    »   

Qulamrza Səbri Təbrizi

  


Qulamrza Səbri Təbrizi – 1934

Səbri Təbrizi Qulamrza Hacı Məhəmmədəli oğlu - ədəbiyyatşünas
Cənubi Azərbaycanda anadan olub. 1953-1958-ci illərdə Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsil alıb. Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olaraq, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Həmin müddətdə Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda və dünyanın bir sıra ali məktəblərində məruzələr edib. İran İslam inqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirirb. 1978-1995-ci illərdə dindarların təqibinə məruz qalaraq, Böyük Britaniyaya qayıdıb və burada televiziya şirkətlərində icmalçı olub. 1989-1990-cı illərdə Məhəmmad Mahmudla türk və fars dillərində "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirib. Edinburq Universitetində akademik məsləhətçi olub. Azərbaycan Dövlət Dillər İnstitutunun fəxri professoru seçilib.
2001-ci ildə Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış edərək, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilib.

Əsərləri

• Vətən həsrəti. Bakı: BDU nəşri, 1993, 39 səh.
• Mənim iki dünyam. Bakı: Səda, 1997, 110 səh.
• Fikir dalğaları. Bakı: Şirvannəşr, 1997, 109 səh.
• Həyat fəlsəfəsi. Bakı: Şirvannəşr, 1997,108 səh.
• Baxışlar, düşüncələr, arzular. Bakı: Şirvannəşr, 212 səh.
• Sönməz ocaq. Bakı: Şirvannəşr, 2001, 172 səh.
• Seçmə şerlər. Bakı: Şirvannəşr, 2002, 252 səh.
• Ümid çırağı. Bakı: Şirvannəşr, 2002,160 səh.
• Qürbət harayı. Bakı: Azərnəşr, 2003, 220 səh. 



Oxunub: 573679



Azərbaycan Televiziyaları
İnternet Radio