Baş səhifə    » İNCƏSƏNƏT    » Zərgərlik   

Zərgərlik

  



XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar əsasən döymə, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır.
Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı. 
Minaçılıq Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən biridir. Minaçılığın ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır ki, o ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi. Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. 
Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi. 
Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızır, gümüş və s. rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlığın ən çətin və maraqlı sahəsindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. 



Oxunub: 465701



Azərbaycan Televiziyaları
İnternet Radio