Baş səhifə    » Məhəmmədhüseyn Şəhriyar    »   

Məhəmmədhüseyn Şəhriyar

  


Məhəmmədhüseyn Şəhriyar (1906-1988) böyük Azərbaycan-İran şairi.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər.

Əsərləri

• Heydərbabaya salam
• Bütün əsərləri (4 cilddə)
• Aman ayrılıq
• Divani-Türk
• Yalan Dünya 



Oxunub: 520099



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on