Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Əfsanə və rəvayətlər   

Əfsanə və rəvayətlər

  


Əfsanə olmuş, yaxud olması mümkün olan bədii həqiqətlər, astral təsəvvürlər, həyat və cəmiyyət hadisələrilə bağlı həyat faktına əsaslanır. Bu nümunələrdə müasir dövr və həyat üçün nümunəvi olan, insana estetik zövq verən, onu düşündürən, dövrün əksilikləri və ziddiyyətləri ilə insanı üz-üzə qoyan həyat materialına əsaslanır. Azərbaycan əfsanələrinin qədim nümunələri hesab edilən Midiya əfsanələri Heredotun “Tarix” əsəri vasitəsilə günümüzə gəlib çıxmışdır. Azərbaycan ağız ədəbiyyatı tarixən əfsanələrlə zəngin olmuşdur. Nağılların tərkibində, bəzən nağıl, əfsanə kimi öyrənilən bu nümunələrin bizə gəlib çatanı 1822-ci ildə çap edilmiş “Şirvan” və “Şabran” toponomik əsərləridir. 

Adətən əfsanələr aşağıdakı kimi təsnif olunur:
1. Astral təsəvvürlər, səma cisimləri və bürclərlə bağlı (kosmoqonik) əfsanələr.
2. Bitki və heyvanat aləmi ilə əlaqədar (zoonimik)əfsanələr.
3. Toponomik əfsanələr.
4. Tarixi şəxsiyyətlər, el, tayfa və qövm adı ilə bağlı (etnonimik) əfsanələr.
5. Dini əfsanələr.
Azərbaycan əfsanələri içərisində “Maral”, “Qu quşu”, “Turac”, “Şanapipik”, “Camış daşı”, “Qız qeyrəti”, “Lələ əfsanəsi”, “Dədə Günəş”, “Sumqayıt”, “Göyçə gölü”, “Həzrət baba”, “Şah dağ”, “Xızır”, “Bayat”, “Avşar”, “Nuhun tufanı” kimi əfsanələr xalq arasında geniş yayılmış, milli xarakteri ilə özünəməxsusluq qazanmışdır.

Azərbaycan rəvayətləri
Azərbaycan xalq nəsrinin formalaşmasında xüsusi yeri olan janrlardan biri də rəvayətlərdir. Rəvayətlərdə uzaq və yaxın dövrün tarixi həqiqətləri özünəməxsusluğu qorumaqla bədii təfəkkürə məxsus konkretliyi qoruyub saxlayır. Rəvayətlər konkret bir hadisəni, faktı əhatə edir və ibrətamiz bir sonluqla bitir. Azərbaycan rəvayətləri də üç yerə bölünür:
1. Əxlaqi-ibrətamiz rəvayətlər.
2. Toponomik rəvayətlər.
3. Dini rəvayətlər.
Birinci qrup rəvayətlərdə əsas məqsəd əxlaqi-ibrətamiz keyfiyyətlər aşılamaqdırsa, ikinci qrup rəvayətlər əsasən xalq həyatı, məişəti, çay, dağ, kənd və s. adları ilə bağlı meydana gələnlərdir. Bu baxımdan Beşbarmaq dağı, Pirabcabar, Selcanboyat, Pirsaat və sairlə bağlı rəvayətləri göstərmək olar. Üçüncü qrup rəvayətlərdə də ibrətamiz yekun nəzərə çapdırılır. Onlar içərisində ayrı-ayrı peyğəmbərlər, müqəddəs ocaqlar, axund və qazilər barədə konkret hadisə və faktlara əsaslanan rəvayətlər vardır. Məsələn, Süleyman peyğəmbərlə bağlı rəvayətləri üçüncü qrupa aid ən maraqlı rəvayətlər hesab etmək olar.



Oxunub: 249022



Azərbaycan Televiziyaları
İnternet Radio