Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Qaravəllilər   

Qaravəllilər

  


Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. 

Məsələn:
Hamam, hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik eylər
Köhnə hamam içində.
Qarışqa şıllaq atdı,
Dəvənin budu batdı.
Xanın yarıtmaz oğlu
Elin varını satdı.
Puluna doşab aldı,
İçdi yıxıldı-yatdı...
Qaravəlli adətən nağılın ümumi məzmunu ilə səsləşmir, yalnız dinləyicilərin diqqətini cəlb etmək, onları maraqlandırmaq məqsədi daşıyır. Ondan sonra giriş sözləri (“Biri varmış, biri yoxmuş, Allahdan başqa heç kim yoxmuş”, “Günlərin bir günündə, Məmmədnəsir tinində, toyuqların hinində”) gəlir. Nağılçılar hadisələri bir-biri ilə əlaqələndirmək və söhbəti şirinləşdirmək üçün ənənəvi cümlə və ifadələr işlədir: “Nağıl dili yüyrək olar”, “Az getdi, üz getdi, dərə, təpə düz getdi” və s..



Oxunub: 62562



Azərbaycan Televiziyaları
İnternet Radio