Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Sanamalar   

Sanamalar

  


Sanamalar əsasən say sistemini öyrənmək, yaxud uşağa öyrətmək məqsədilə yaranmışdır. Sanamalar vaxtilə ibtidai təfəkkürün yaratdığı, ilkin insanların təbiətdəki ayrı-ayrı predmetlərin sayını, sırasını, rəngini, əlamətini və s. müəyyənləşmə dövrünü daha çox xatırladan poetik parçalardır:

Bir-iki, 
Qırmadı.
Üç-dörd,
Vurmadı.
Beş-altı,
Xurmadı.
Yeddi-səkkiz
Qurmadı.
Doqquz-on,
Durnadı



Oxunub: 100694



Azərbaycan Televiziyaları
İnternet Radio