Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Tapmacalar   

Tapmacalar

  


Biliklərə yiyələnmək, həqiqətlərdən xəbər tutmaq, bir çox həyat hadisə və faktlarının görünən və görünməyən cəhətlərini bədii şəkildə obrazlaşdırmaq yolu ilə yaranan maraqlı janrlardan biri də tapmacadır. Tapmacaların yaranma tarixi çox qədimdir. M.Kaşğarinin “Divani-lüğəti-it türk” əsərində tapmacaların türk qəbilələri arasında “tabzuz” adı ilə yarandığı göstərilir. Türklər tapmacaya “bilməcə”, “tapışmak”, “matal”, “uşuk (şuk)” və başqa adlar da deyirlər. 

Tapmacalar məzmununa görə aşağıdakı kimi qruplaşdırılır:
1. Səma cisimləri, təbiət hadisələri, su, od, yel və torpaq haqqında tapmacalar;
2. Bitki aləmi ilə bağlı tapmacalar;
3. Heyvanat aləmi ilə bağlı tapmacalar;
4. İnsan, onun bədən üzvləri, geyim və bəzəkləri, yaşayışı, məişət və təsərrüfat əşyaları və silahlar barədə tapmacalar;
5. Təamlar və xörəklər haqqında;
6. Musiqi və musiqi alətləri ilə bağlı tapmacalar;
7. Texniki tərəqqi ilə bağlı tapmacalar;
8. Müxtəlif mövzulu tapmacalar;
9. Uşaq tapmacaları.

Misallar: “Bir sinidə iki toyuq, Biri isti biri soyuq (Ay və Günəş)”, “Aşmaz-uşmaz, Yerə düşsə, Beli sınmaz (Yarpaq)”, “Çəpər üstə çal xoruz (Boranı)”, “O hansı heyvandı anadan saqqallı doğular (Keçi)”, “Suya girər lillənər, Sudan çıxar dillənər (Buxov)”, “Bir quşum var, düz uçar (Güllə)”, “Ağ sinidə ağ təpə (Plov)” və s.



Oxunub: 531032



Azərbaycan Televiziyaları
İnternet Radio