Baş səhifə    » VİZİT TUR    » Azərbaycana viza rejimi   

Azərbaycana viza rejimi

  


Viza alınması qaydası

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər giriş və tranzit olmaqla 2 növdə vizadan istifadə edirlər.
1. Giriş vizası. Etibarlılıq müddəti 3 gündən 3 aya qədərdir.
- Birdəfəlik (adi) giriş vizası ölkəyə yalnız bir dəfə giriş-çıxış imkanı verir
- Çoxdəfəlik giriş vizasının etibarlılıq müddəti 1 ildən 2 ilə qədərdir. Bu viza ilə şəxs həmin müddətdə ölkəyə bir neçə dəfə gəlib gedə bilər. Bu müddət ərzində istifadə olunmazsa, viza qüvvədən düşür. 
2. Bir və ya çoxdəfəlik tranzit vizası–üçüncü ölkələrə gedən əcnəbilərə Azərbaycan Respublikasının ərazisindən tranzit keçmək üçün istifadə edilir. Tranzit vizası sahibi burada ən çoxu 5 gün qala bilər.

Vizanın verilməsi üçün tələb olunan sənədlər:
Viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə aparılır. Bunun üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

• 1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);
• 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);
• Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);
• dövlət rüsumunun ödənilməsi haqqında qəbz:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
• 1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);
• 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);
• Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);
• Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Diqqət: Əcnəbinin pasportunun və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddətinin bitməsinə 3 aydan az müddət qalarsa, viza rəsmiləşdirilmir.


Aşağıdakı ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ bilərlər:
1. Rusiya
2. Belarus
3. Ukrayna
3. Moldova
4. Gürcüstan
5. Qazaxıstan
6. Özbəkistan
7. Qırğızıstan
8. Tacikistan

Aşağıdakı ölkələrin vətəndaşları vizanı Azərbaycan sərhədində ala bilərlər:
1. Türkiyə
2. İran

Digər xarici ölkələrin vətəndaşları Azərbaycana viza almaq üçün Azərbaycanın müvafiq ölkələdəki səfirlik və konsulluqlarına müraciət etməlidirlər (həmin səfirlik və konsulluqlarla tanış olmaq üçün linkin üzərinə gəlin). http://www.azerbaijans.com/content_497_az.html



Oxunub: 129756