Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Cavad Heyət   

Cavad Heyət

  


Doktor Cavad Heyət - Beynəlxalq cərrahlar cəmiyyətinin idarə heyətinin və Paris Beynəlxalq Cərrahlar Akademiyasının üzvü, İstanbul Universitetinin fəxri türkoloji doktoru, həmin universitetin İstanbul Tibb fakültəsinin tibb elmləri doktoru və Türk dili qurumunun fəxri üzvü, Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin fəxri doktoru, dünya şöhrətli cərrah, alim, qüdrətli nasirdir. 
1962-ci ildə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunmuşdur. 
Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir. Bunlar "Tromboflebit və müalicəsi" monoqrafiyası, "Ümumi cərrahlıq", "Cərrahiyyə dərsləri" və s.  Həmin kitablar bu gün də İranda tibbi təhsil alan tələbələrin dərs vəsaitidir.



Oxunub: 507626



Azərbaycan Televiziyaları
İnternet Radio