Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Əhliman Əmiraslanov   

Əhliman Əmiraslanov

  


1985-ci ildə Ə.T.Əmiraslanov "Sümük sarkomaları" adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına layiq görülmüşdür. O, 1986-cı ildə "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi" haqqındakı silsilə işlərinə görə elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatının laureatı olmuşdur.
Əməkdar elm xadimi, akademik Ə.T.Əmiraslanov 1992-ci xidməti dəyişdirmə yolu ilə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə müsabiqə yolu ilə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Akademik Ə.T.Əmiraslanov 230 elmi əsərin , 11 monoqrafiyanın, 9 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 15 ixtira və səmərələşdirici təklifin, 8 metodik tövsiyyənin, onlarca elmi-kütləvi məqalələrin müəllifidir. Onun rəhbərliyi altında 6 nəfər tibb elmləri doktoru və 22 nəfər tibb elmləri namizədi hazırlanmışdır.
Akademik Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Majarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.



Oxunub: 507046



Azərbaycan Televiziyaları
İnternet Radio