Baş səhifə    » FONDLAR    » Sahibkarlığa Kömək Milli Fondu   

Sahibkarlığa Kömək Milli Fondu

  


Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Əsas vəzifələrinə isə Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək; sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək; sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək; iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək; sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək daxildir.



Oxunub: 406289



Azərbaycan Televiziyaları
İnternet Radio