Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Rəşidəddin   

Rəşidəddin

  


Həmədan şəhərində həkim ailəsində doğulmuş bu məşhur təbib və tarixçi sonralar Təbrizə köçmüş və burada yaşayıb yaratmışdır. Elxanilərin saray həkimi və vəziri olmuş Rəşidəddin XIV əsrin əvvəllərində Təbrizdə  “Rəbi-Rəşidi” şəhərciyi və “Darüş-Şəfa (“Şəfa evi”) adlı elmi mərkəz təsis etmişdi. “Rəbi-Rəşidi”  tədris, tibb, elmi müəssisələri, o cümlədən rəsədxananı birləşdirən bütöv bir şəhərcik idi. “Darüş-şəfa” müasir Universitetlərə bənzəyən ali məktəb (mədrəsə) idi.  Orada Azərbaycan alimləri və müəllimləri ilə yanaşı ayrı ölkələrdən—Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət olunmuş mütəxəssislər də çalışırdı. “Daruş-Şəfa”-nın kitabxanasında İrandan, Hindistandan, Misirdən, Çindən, Kritdən və başqa ölkələrdən gətirilmış on minlərlə əlyazma kitabı vardı. Buraya təbiətşünaslığı, fəlsəfəni, tarixi, tibbi, astronomiyanı, məntiqi öyrənmək üçün hər il Şərqin müxtəlif ölkələrindən 6-7 min tələbə gəlirdi.



Oxunub: 459665



Azərbaycan Televiziyaları
İnternet Radio