Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Gədəbəy rayonu   

Gədəbəy rayonu

  


Bakı ilə məsafəsi: 444 km 
Nəqliyyat vasitəsi:  Şəmkir – Gədəbəy, Gəncə – Gədəbəy, Bakı – Gədəbəy avtobusları – 10 saat 
Rayonda ərazisində məşhur «Qızılça» yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. 
Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy – Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. 
Rayonda xalq sənətlərində əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanlııb.
Romantik səyahətləri xoşlayanlar üçün piyada marşrutlar var: Gədəbəy – Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy – Söyüdlü kəndi (5 km), Gədəbəy- Maarif kəndi –Slavyanka kəndi (10 km).
Rayonda mehmanxana fəaliyyət göstərir. 





Oxunub: 74985



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on