Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » İsmayıllı rayonu   

İsmayıllı rayonu

  


Bakı ilə məsafəsi: 185 km 
Nəqliyyat vasitəsi:  Bakı – İsmayıllı avtobusları 
Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonudur. 
Rayonda azərbaycanlılarla bərabər digər xalqların və etnik qrupların nümayəndələri yaşayır: ləzgilər, ruslar (malakanlar), yəhudilər, lahıclar, qədim albanların nəslindən olan hapıtlar.
İsmayıllı rayonunda xalq sənəti ənənləri çox güclüdür. Qalacıq, Təzəkənd və başqa kəndlərdə hələ də xalçaçılıqla məşğul olurlar. Adı VII əsrdən məlum olan, Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə məşhurdur. Dağlar qoynunda salınmış bu kiçik şəhər Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. 
Lahıc və Basqal kəndlərində tarix-mədəniyyət qoruqları yaradılıb. Buradakı tarixi abidələr mühafizə olunur. Basqal kəndində XVII əsrə aid məscid və hamam, Lahıc kəndində isə Bədöyün məscidi, Zəvəro məscidi (1791-ci il), Ağoli məscidi və Zəvəro bulağı mühafizə olunur. 
Rayonda turistlərin qalması üçün motel və istirahət evləri var



Oxunub: 472428



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on