Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Lənkəran şəhəri   

Lənkəran şəhəri

  


Bakı ilə məsafəsi:   238 km 
Nəqliyyat vasitəsi: Bakı – Lənkəran avtobusları – 6 saat; Bakı – Astara qatarı  – 9 saat 
Lənkəran bütün il boyu yaşıllığa bürünüb. 
Rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. 
Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. 
Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən Xan Evi kimi tarixi abidələr qorunub saxlanlııb. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. 
Şəhərdə turistlərin yerləşdirilməsi üçün otel və mehmanxanalar var.




Oxunub: 586832



Azərbaycan Televiziyaları
İnternet Radio