Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Oğuz şəhəri   

Oğuz şəhəri

  


Bakı ilə məsafəsi:  268 km 
Nəqliyyat vasitəsi: Şəki-Oğuz, Mingəçevir-Oğuz, Qəbələ-Oğuz, Yevlax-Oğuz, Bərdə-Oğuz avtobusları, Bakı-Oğuz, Gəncə-Oğuz qatarları 
Oğuz rayonun təbiəti çox gözəldir: dağ çayları və vadilər, qaynar çeşmələr və şəlalələr, müalicəvi əhəmiyyətli kükürdlü bulaqlar, sərt qayalar var. Bu yerlərdə hələ neolit dövründən başlayaraq insan məskənləri olub. Rayonda çoxsaylı tarixi abidələr var: Oğuz şəhərindəki alban məbədini, Muxas kəndindəki IX əsrə aid üç mərtəbəli qüllə və s. Xaçmaz kəndində VII əsrə aid müdafiə təyinatlı Govur qalası ən mühüm tarixi abidələrdən sayılır. 
Azərbaycanda hazırda fəaliyyət göstərən ən qədim məktəblərdən bir neçəsi 1883-1887-ci illərdə Padar, Xaçmaz kəndlərində və Oğuz şəhərində tikilib.
Rayonda xalçaçılıq, metal və ağac üzərində oyma, zərgərlik kimi xalq sənəti ənənələri davam etdirilir. Filfilli kəndindəki yerli sənətkar qadınlar sifarişlə xalça, cemper, şarf və başqa məmulatlar toxuyurlar. 
Rayonun mərkəzində mehmanxana fəaliyyət göstərir. 





Oxunub: 70102



Azərbaycan Televiziyaları
İnternet Radio