Baş səhifə    » TURİZM    » Tarixi turizm obyektləri    » Şəki   

Şəki

  


Xan sarayı 


Şəki xan sarayı dünya abidələri siyahısına daxil edilmişdir. Şəki xanlarının yay sarayı 1761-1762-ci illərdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilmişdir. Hüseyn xan eyni zamanda şair olduğu üçün "Müştaq" təxəllüsü ilə də tanınır. Bəzi mənbələrdə bu saray "Müştaq imarəti" kimi də qeyd olunmuşdur. Qala divarları ilə əhatə olunan Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.
 
Kiş məbədi

Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən alban məbədi.
Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir.
 
Karvansara

Ərazisində Böyük İpək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyil.
XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaları təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.



Oxunub: 171380



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on