Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Şahbuz rayonu   

Şahbuz rayonu

  


Nəqliyyat vasitəsi: Təyyarə və avtobusla Naxçıvan – Şahbuz marşrutu
Şahbuz şəhərinin yaxınlığında qədim insan məskənləri tapılıb. Divarda çapılmış qeyri-adi yaşayış yeri 4 otaqdan və bir eyvandan ibarətdir. Şahbuz sakinləri buranı «fərhadın evi» adlandırır. Bu ad Nizami Gəncəvinin poemasının məşhur qəhrəmanı, öz sevgilisi Şirinə su vermək üçün qayalı dağları çapıb kanal çəkmiş Fərhadın adı ilə bağlıdır. Başqa bir yerdə arxeoloqlar vaxtilə o yerin hökmdarının şərəfinə «Şahpur qalası» adlanan qüdrətli bir tikilinin qalıqlarını aşkar etmişlər. 
Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə «Badamlı» istirahət zonası yerləşir. Zəngəzur dağının ətəyində yerləşən Qarabağlar kəndinin kənarında məşhur türbə tikililəri var. Qülləli istehkamlar, dağlardan çəkilmiş çoxşaxəli su kəməri sistemi göstərir ki, vaxtilə, bu ərazidə iri bir şəhər mövcud olub. 
XVII əsrdə Qarabağlar şəhəri bu ərazidə mövcud olmuşdur. 





Oxunub: 489417



Azərbaycan Televiziyaları
İnternet Radio