Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Şəki şəhəri   

Şəki şəhəri

  


Bakı ilə məsafəsi:  305 km 
Nəqliyyat vasitəsi: Bakı-Şəki avtobusları; Bakı-Balakən qatarı
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınıb. 
Şəkini ən çox məşhurlaşdıran onun ipəyi olub. 
Şəki ərazisində çoxsaylı arxeoloji abidələrin olması onun çoxəsrlik tarixə malik olduğuna sübutdur. Cüyürlü və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan əvvəl II əsr), Qotur təpə adlı qədim məskən, Salman dərə (tunc dövr), Dəhnə kəndindəki qüllə və s.
Şəki rayonu Respublikanın memarlıq qoruğu adlanır. Şəki xanlarının sarayı (1762-cı il) xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşməsini təcəssüm edən nadir nümunədir. 
Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində «Gələrsən – görərsən» qalasının xarabalıqları vardır. 
Şəkidə xalq sənətinin bir sıra növlərini bu gün də yaşadırlar. Şəhərdə bu və ya digər peşə adlarını göstərən küçə adları hələ də saxlanıb: Dulusçular, Zərgərlər, Halvaçılar və s.  Şəkinin özünəməxsus və zəngin mətbəxi də var. 
Şəki yumor şəhəri də adlanır. Hər il aprel ayının 1-də şəhərdə «Gülüş günü» keçirilir. 
Turistlər «Şəki-Karvansara» və digər mehmanxanalarda gecələyə bilərlər.





Oxunub: 465366



Azərbaycan Televiziyaları
İnternet Radio