Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Zaqatala şəhəri   

Zaqatala şəhəri

  


Bakı ilə məsafəsi: 372 km 
Nəqliyyat vasitəsi:  Bakı-Zaqatala avtobusu; Bakı-Bərdə-Balakən qatarı 
Rayon ərazisinin yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülüb. Ekoloji turizm üçün burada əla şərait var. Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda qoruqda yaşayan heyvanların və quşların davranışını müşahidə etmək, foto və video çəkilişlər aparmaq mümkündür. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi üçün münasib yerlər var. Zaqatala – beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri – avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar və başqaları yaşayır.
Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Mazıx kəndində XII əsrə aid Adban qalası və XVIII əsrə aid məscid, Kebeloba kəndində XIV əsrə aid edilmiş iki abidə, Yuxarı Çardaxlar kəndində Pəri qalası, Paşan kəndində XIII əsrə aid alban qalası, Car kəndində XIV əsrə aid Çingözqala qülləsi və s. 
Zaqatalanın mövcud iqlim şəraiti bu şəhəri dağ-iqlim kurortuna çevirməyə imkan verib. Zaqatala şəhərindəki parkın yanında yerləşən qədim qala orta əsrlər dövründə tikilib. «Potyomkin» qiyamçı zirehli gəmisinin matrosları bu qalada saxlanılıb. 
Rayonda turist bazası, istirahət mərkəzləri və mehmanxana var. 




Oxunub: 98465



Azərbaycan Televiziyaları
İnternet Radio