Baş səhifə    » PAYTAXT    » Bakı    » Fəxri Xiyaban   

Fəxri Xiyaban

  



Azərbaycan xalqına və dövlətçiliyinə xüsusi xidmət etmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleksdir.  Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmışdır.
Fəxri Xiyaban Bakı şəhərinin dağlıq hissəsində, Yasamal rayonu ərazisində yerləşir. Bunlar, əsasən, Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar,tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya müharibəsi (1939-1945) illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlardır.
Fəxri Xiyaban azərbaycanlıların və ölkəyə gələn xarici qonaqların ən çox ziyarət etdiyi yerlərdəndir.




Oxunub: 598240



Azərbaycan Televiziyaları
İnternet Radio