Baş səhifə    » TARİXİ GÜNLƏR    » Fevral   

Fevral

  

1 fevral
1930 – Sovet hökuməti (SSRİ Xalq Komissarları Soveti) "Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında" qərar qəbul edib.
1927-ci ildə Lütfi Məmmədbəyovun doğulub.
1949 – Türkiyənin paytaxtı Ankarada "Azərbaycan Kültür Dərnəyi" təsis edilib.
 1994 – Erməni təxribatçı qrupu Bakı dəmir yolu vağzalında Kislovodsk-Bakı sərnişin qatarında partlayış törədib.
1994-cü ildə Bakı dəmir yol vağzalında «Kislovodsk-Bakı» qatarında ermənilər tərəfindən terror aktı törədilib. 
1949-cu ildə Ankarada «Azərbaycan kültür dərnəyi»nin təsis edilməsi dünyada azərbaycanlı diasporunun ilk addım olub. 
1988-ci ilin fevralında azərbaycanlıları Ermənistan SSR-nin torpaqlarından qovulması başlanıb. 

2 fevral
1901-ci ildə  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı Əli Vəliyev dünyaya gəlib
1912-ci ildə Məhərrəm Haşımov Bakıda doğulub.
1918-ci ildə Azərbaycanda din əleyhinə kampaniyanın gedişində məşhur Bibi Heybət məscidi dağıdılmışdı.
1920 – Erməni quldur dəstələri Qərbi Azərbaycandakı (indiki Ermənistan) Şuragel kəndində dəhşətli qırğın törədiblər.
1993 – Görkəmli torpaqşünas alim, ictimai xadim, kənd təsərrüfatı elmləri doktoru, akademik Həsən Əlirza oğlu Əliyev Bakıda vəfat edib.
1996-cı ildə Bakıda respublika gənclərinin birinci forumu keçirilib. 
1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə Heydər Əliyev 2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında sərəncam imzalamışdır.               
1996 – Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib.
2004 – Türkiyə hökuməti Aralıq dənizi sahilindəki Ceyhan neft terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir.

3 fevral
1891-ci ildə Görkəmli publisist, tərcüməçi Ceyhun   Hacıbəyli anadan olub.
1924 – Bakıda ilk tramvay nəqliyyatı işə salınıb.
1926-cı ildə Azərbacaynın xalq artisti Rauf Atakişiyevin doğum günüdür.
1969-cu ildə Azərbaycanın milli qəhrəmanı Bəylər Ağayev Qubadlıda anadan olub.
1993 – Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yönündə ilk sənəd - «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında» müqavilə imzalanıb.
1995 – Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın təşkilatda “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.
2004 – Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasimi keçirilib.

4 fevral
1868-ci ildə  Haşım bəy Vəzirov Şuşada anadan olub.
1869-cu ildə görkəmli şərqşünas, alim və şair Mirzə Cəfər Topçubaşov dünyasını dəyişib.
1908-ci ildə Miribrahim Həmzəyevin doğum günüdür
1911-ci ildə Zahid Xəlilov Tiflisdə anadan olub.
1921 – Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıda anadan olub. 
1930 – Görkəmli xanəndə, muğam ustası Əlibaba Məmmədov anadan olub. 
1945 – Tanınmış müğənni və bəstəkar, xalq artisti Polad Bülbüloğlu anadan olub.
1954 – Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib.
1974 – Görkəmli riyaziyyatçı alim, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Zahid Xəlilov (1911-1974) Bakıda vəfat edib.
1994 – Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

 5 fevral
1870-ci ildə Əbülhəsənxan Qəzvində anadan olub.
1912-ci ildə Münəvvər Kələntərli anadan olub
1918-ci ildə Qara Qarayevin doğum günüdür.
1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəs oğlu Qarayev (1918-13.05.1982) anadan olub.
1925 - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası (passajı) təşkil etmək bərədə qərar verib
1925-ci ildə Əlimuxtar Hüseynzadənin doğum günüdür.
1930 - Görkəmli xanəndə, muğam ustası Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub.
1939 - Tanınmış yazıçı, dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov Bakıda anadan olub.
1948 - Şair, dramaturq Mərkəz Qacar anadan olub.
1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 5.2.1963) vəfat edib.
1991 - 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub, Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib.
2008 - ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fondun 2007-ci il üzrə “İlin adamı” mükafatı prezident İlham Əliyevə təqdim edilib.

6 fevral
1873-cü ildə Cəlil Məmmədquluzadə anadan olub.
1873-cü ildə Həmidə Məmmədquluzadə anadan olub.
1905 - Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb.
1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova anadan olub. 
1927-ci ildə Lütfi Məmmədbəyov anadan olub.
1927 - Rejissor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub.
1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 
1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub.
1970 - Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Mirabdulla oğlu Seyidov anadan olub.
1992 - Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlər qurulub.
1995 - Prezident Heydər Əliyevin fərmanı ilə Səfər Əbiyev Azərbaycanın müdafiə naziri təyin edilib.
2004 - Prezident İlham Əliyevin Rusiyaya ilk rəsmi səfəri başlayıb.

7 fevral
1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadə (1919-1998) anadan olub.
1919-cu ildə Tofiq Tağızadə dünyaya gəlib. 
1922-ci ildə Şövkət Ələkbərovanın anadan olan günüdür.
1991 – Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonlarının adlarının dəyişdirilməsi barədə qərarlar qəbul edib.
1993 – Erməni silahlı qüvvələri Dağlıq Qarabağın şimalında strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) ələ keçiriblər. 
1995 – Prezident Heydər Əliyevin sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (2009-cu ildən Prezident Administrasiyası) rəhbəri təyin edilib
2005 – Prezident İlham Əliyev Azərbaycan milli valyutasının - manatın denominasiyası haqqında fərman imzalayıb.
2007 – Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında “Tbilisi bəyannaməsi” imzalanıb.

8 fevral
1806 – Rusiyasının Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib.
1828 – İranla növbəti müharibə (1826-1829) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər.
1907 – Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb.
1994 – Azərbaycan prezidenti Heydər Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib.

9 fevral
1905-ci il 6-9 fevral - Bakıda erməni-müsəlman toqquşmaları
1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan  Muxtar Sovet Sosialist Respublikası təşkil edilib. 1924-cü ildə Mirələsgər Mirqasımov anadan olub.
1924 – Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb.
1993 – Azərbaycan Ordusunun Dağlıq Qarabağın şimalındakı birləşmələri xəyanət nəticəsində mühüm strateji mövqeləri itiriblər.
1995 – Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik münasibətlər qurulub.
2007 – Prezident İlham Əliyev 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

10 fevral
1828-ci il feralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində İranla Rusiya arasında müqavilə bağlanıb. Azərbaycan həmin sənədə əsasən ikiyə parçalanaraq Rusiya ilə İran arasında bölüşdürülüb. 
1828 – Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, Türkmənçay sülh müqaviləsi bağlanıb.
1869-cı ildə Cəlil Məmmədquluzadə anadan olub.
1917-ci ildə görkəmli Azərbaycan riyaziyyatçısı Qoşqar Əhmədov anadan olub.
1927-ci ildə filologiya elmləri doktoru, professor, Cahangir Qəhrəmanov anadan olub
1931-ci ildə tanınmış müğənni Anatollu Qəniyev dünyaya gəlib.
1940-cı ildə kimya elmləri doktoru Abbas Quliyev dünyaya gəlib.
1992 – Azərbaycanla Meksika arasında diplomatik münasibətlər qurulub.
1998 – Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib.
2006 – Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundu başlayıb.

11 fevral
1725 – Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib.
1828-ci il feralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində İranla Rusiya arasında müqavilə bağlanıb. Azərbaycan həmin sənədə əsasən ikiyə parçalanaraq Rusiya ilə İran arasında bölüşdürülüb. 
1829 – Rusiya imperiyasının Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib.
1869-cı ildə Cəlil Məmmədquluzadə anadan olub.
1914 – Xalq artisti Rəmziyyə Veysəlova (1914-1993) Bakıda anadan olub.
1917-ci ildə görkəmli Azərbaycan riyaziyyatçısı Qoşqar Əhmədov anadan olub.
1927-ci ildə filologiya elmləri doktoru, professor,
Cahangir Qəhrəmanov anadan olub
1931-ci ildə tanınmış müğənni Anatollu Qəniyev dünyaya gəlib.
1940-cı ildə kimya elmləri doktoru Abbas Quliyev dünyaya gəlib.
1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib.
1992 – Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər. 
2000 - Prezident Heydər Əliyev Baş Dövlәt Vergi Müfәttişliyinin lәğv edilməsi, onun bazasında Vergilәr Nazirliyinin yaradılması barədə fərman verib.
2004 – Prezident İlham Əliyev "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayıb.
2004, 11 fevral - Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı
2009 – Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bakıda (səhər xidməti avtomaşınında işə gedərkən) qətlə yetirilib.

12 fevral 
1857-ci ildə Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Mehmandarovun anadan olub.
1911-ci ildə məşhur tarzən, xalq artisti Bəhram Mənsurov dünyaya gəlib.
1911 - Məhşur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub.
1912-ci ildə Azərbaycanın əməkdar inşaatçısı Ənvər Qasımzadə anadan olub.
1920 - Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranıb.
1923-cü ildə tanınmış şair, dramaturq İslam Səfərli anadan olub
1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923-6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olub.
1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
1931 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (16.10.1855, Lənkəran - 1931) Bakıda vəfat edib.
1964 - Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli (1964-31.1.1992) anadan olub.
Xalq şairi Xəlil Rza Ulutürkün oğludur.
1988 - Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb.
1988-ci ildə Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsini tələb edən mitinqlər başlanıb.

13 fevral
1910 - Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.
1925-ci ildə və ədəbiyyatşünas, filologiya elmləri doktoru, Bəxtiyar Vahabzadə anadan olub.
1940 - Nasir, tərcüməçi Rafiq Şamil oğlu İmanov anadan olub.
1946-cı ildə tanınmış aktyor, xalq artisti, Əlabbas Qədirov anadan olub
1956 - Əməkdar incəsənət xadimi, xor dirijoru Gülbacı İmanovanın doğum günüdür.
1975 - Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadiq oğlu Məmmədov (1975 - 15.3.1995) anadan olub.
1990 - Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ci il tarixli) qeyri-qanuni olması barədə qərar qəbul edib.
1992 - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb.
1993 - Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıda partiyanın üzvləri və təəssübkeşləri ilə ilk görüşü olub. 
1993 - Azərbaycanla İordaniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
2009 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib.

14 fevral
1894-cü ildə Azərbaycanın xalq artisti, aktyor və rejissor Rza Təhmasib anadan olub.
1898-ci ildə görkəmli alim, professor Əhməd Rəcəbli anadan olub.
1911-ci ildə isə Bakı-Tiflis telefon rabitəsi xətti işə düşüb. 
1918-ci ildə görkəmli memar, alim Davud Axundov anadan olub.
1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə - Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar.
1928-ci ildə tanınmış bioloq alim, akademik Vahid Hacıyev Şuşada anadan olub.
1956-cı il fevralın 14-də Azərbaycan televiziyası ilk dəfə efirə çıxıb.
1956 – Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb.
1992 – Azərbaycan Ordusunda Hərbi Hava Qüvvələrinin ilk bölməsi formalaşıb.
2011, 14 fevral - saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət" kanalı işə başlamışdır.

15 fevral
1914-cü ildə Milli teatr sənətimizin tanınmış nümayəndəsi, xalq artisti Muxtar Avşarov anadan olub. 
1934 – Akademik, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev anadan olmuşdur.
1949 – Diplomat, ictimai-siyasi xadim Mahmud Əhməd oğlu Məmməd-Quliyev Gəncədə anadan olub.
1997 – Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna 3-cü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunub.
2008 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” sərəncam imzalayıb.

16 fevral
1873 - Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub.
1906 - Əməkdar elm xadimi, geoloq, professor Şamil Əbdürrəhim oğlu Əzizbəyov (1906-1976) anadan olub.
1916 - I Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində hücumu (1915-ci ilin dekabrından) davam etdirən çar Rusiyasının qoşunları Türkiyənin Ərzurum bölgəsini işğal ediblər.
1916 - Görkəmli sənətşünas-alim, akademik Əbdülvahab Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub.
1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni, (1918-10.6.2008) anadan olub.
1945 – Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib.
1992 - Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv olub.
1993 - Azərbaycanla Sudan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıyıb) arasında diplomatik münasibətlər yaradılıb.
2001 - Azərbaycan BMT-nin “Təhlükəli (radioaktiv) tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”na (1989-cu il martın 22-də qəbul olunub) qoşulub.

17 fevral
1920 - Dilçi-filoloq, professor Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
1926 - Xalq artisti Sofiya Həsən qızı Hüseynovanın doğum günüdür.
1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib.
1988 - Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından didərgin salınan azərbaycanlı əhalinin növbəti dəstəsi - Qafan rayonundan deportasiya edilən 4 minə yaxın soydaşımız Azərbaycana pənah gətirib.
1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər.
1992 - Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində növbəti dəyişiklik olub, Daşaltı (26 yanvar) faciəsinin günahkarı hesab edilən Təcəddin Mehdiyev müdafiə naziri vəzifəsindən azad edilib.


18 fevral
1201 – Dünya şöhrətli azərbaycanlı alim, riyaziyatçı, astronom və filosof  Nəsirəddin Tusi (1201-1274) anadan olmuşdur (Bəzi mənbələrdə Tusinin təvəllüd günü 16 və 17 fevral göstərilir).
1925 – Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olmuşdur.
1931 – Görkəmli şair, dramaturq Nəriman Həsənzadənin anadan olduğu gündür.
1988-ci ildən Qafan rayonundan olan azərbaycanlı qaçqınların Ermənistandan Azərbaycana axını başlayıb. Bununla da Ermənistan ərazisində etnik təmizləmə-azərbaycanlıların doğma yurd-yuvalarından qovulması prosesi başlanıb. 
1997 – Gürcüstan prezidenti Eduard Şevardnadzenin Azərbaycana ilk rəsmi gedişində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında siyasi saziş və bir sıra iqtisadi müqavilələr imzalanıb.

19 fevral
1369-cu ildə dahi Azərbaycan şair və mütəfəkkiri, hürufizm cərəyanının görkəmli nümayəndəsi İmadəddin Nəsimi dünyaya gəlib.
1898-ci ildə görkəmli ədəbiyyatşünas, əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə dünyaya gəlib
1949 - Ədəbiyyatşünas alim, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub.
1988 - Azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda başlanan separatçılıq hərəkətlərinə etiraz olaraq Bakıda ilk mitinq - kütləvi çıxış olub.
1993 - Milli Məclisin qapalı iclasında ölkədəki hərbi-siyasi böhran müzakirə edilib.
2004 - Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov Budapeştdə erməni zabitini öldürməkdə ittiham olunaraq həbs edilib.

20 fevral
1830-cu ildə Azərbaycan maarifpərvəri Mirzə Hüseyn Əfəndi Qayıbzadə anadan olub
1890-cı ildə görkəmli tarzən, respublikanın əməkdar artisti Məmmədxan Bakıxanov dünyaya gəlib.
1832 - Çar ordusunun Qafqaz korpusunda qulluq edən Abbasqulu ağa Bakıxanov müsəlman məktəbləri barədə layihə hazırlayaraq Rusiyasının Qafqaz hakimi baron Rozenə təqdim edib.
1907 - Çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb.
1920 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (1900 -3.2.1962) anadan olub.
1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub.
1935 - Şərqşünas, dilçi alim Şulan İsmayıl oğlu Şirəliyev anadan olub.
1938 - Xalq artisti, görkəmli xanəndə Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində anadan olub.
1992-ci ildə Azərbaycanla Almaniya və Avstriya arasında diplomatik münasibətlər qurulub. 
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputataları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı. 

21 fevral
1921-ci ildə xalq rəssamı, dövlət mükafatı laureatı professor Böyükağa Mirzəzadə anadan olub.
1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub.
1921-ci ildə Azərbaycanın görkəmli alimi, akademik Ziya Bünyadov anadan olub.                    
1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub.
1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub.
1992 - Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr qurmuşdur.
1992-ci ildə Azərbaycanla Fransa və Polşa arasında diplomatik əlaqələrin bünövrəsi qoyulub.      1994 - Azərbayacan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb.
1996 - Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Hüquq İslahatları Komissiyası yaradılıb.
1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) dünyasını dəyişib (qətlə yetirilib).

22 fevral
1869 – Böyük yazıçı, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Naxçıvanda anadan olub.
1917-ci ildə tanınmış yazıçı, dramaturq və publisist, əməkdar incəsənət xadimi Yusif Əzimzadə dünyaya gəlib
1924-cü ildə görkəmli bəstəkar, dirijor və pedaqoq Süleyman Ələsgərov dünyaya gəlib.
1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib.
1994 – Prezident Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına ilk rəsmi səfərə gedib.
2001 – Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi üç nizamlama planını (“paket həll”, “mərhələli həll”, “ümumi dövlət”) ilk dəfə mətbuat səhifələrində geniş ictimaiyyətin müzakirəsinə çıxarıb.

23 fevral
1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 - 20.11.1983) Gəncədə anadan olub.
1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1986) Şuşada anadan olub. 
1918 - Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya - gürcü sosial-demokratlar (menşeviklər) 32, «Müsavat» partiyası 30, ermənilərin «Daşnaksütyun» partiyası 27 deputatla təmsil olunmuşdu.
1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.
1990 - Ermənistan SSR-in Mərkəzi Seçki Komissiyası respublika Ali Sovetinə seçkilərlə bağlı Dağlıq Qarabağda seçki dairələrinin yaradılması barədə qərar qəbul edib.
2001 - Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr başlanıb.
2003 – Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938 - 2003) vəfat edib.

24 fevral
1830 - Car-Balakən bölgəsindəki üsyanı yatırmaq üçün Rusiya ordusunun Qafqaz korpusunun hissələri əraziyə yeridilib.
1864 - Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub.
1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub.
1886 - Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski (1886- 1930) Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Vedibasar mahalının Vedi kəndində doğulub.
1921 - Xalq rəssamı, tanınmış boyakar və qrafik Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə anadan olub.
1928 - Coğrafiyaşünas alim, akademik Budaq Budaqov anadan olub.
1934 - Tanınmış rəssam Cəmil Mir Yusif oğlu Müfidzadənin doğum günüdür.
1991 - Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası həyata keçiriblər.
1992 - İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Qarabağ münaqişəsində ilk vasitəçilik təşəbbüsü ilə Bakıya səfərə gəlib.
1994 - Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib.

25 fevral
1910 – Akademik İmam Mustafayev (1910-1997) Qax rayonunda anadan olub.
1910 – Tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev (1910-1970) anadan olub.
1951 - Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Hənifə oğlu Yaqubov Astara rayonunun Balaca Şahağac kəndində anadan olub.
1964 - Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov (25.02.1964) Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olub.
1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb.
1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib.
1992 – Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub.
1992 ,25-26 fevral - Xocalı faciəsi.

26 fevral
1905 – Rusiya çarı II Nikolay Qafqazda vəziyyətə nəzarəti gücləndirmək üçün birbaşa idarəçilik - canişinlik sistemini bərpa edib.
1914-cü ildə Avropada partizan hərəkatının görkəmli nümayəndəsi Cavad Həkimli Qərbi Azərbaycanda anadan olub.
1921 – Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb.
1924-cü ildə görkəmli Azərbaycan şairi Əli Tudə anadan olub Xocalı şəhərində anadan olub.
1935 – İctimai-siyasi xadim Artur Rasizadə Gəncə şəhərində anadan olub.
1992 – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü gedişində tarixin ən dəhşətli qətliamlarından biri baş verib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə Ermənistan silahlı qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində Dağlıq Qarabağın daha bir yaşayış məntəqəsi - Xocalı işğal edilib. 
1992-ci ildə Azərbaycanla Banqladeş arasında diplomatik münasibətlər yaradılıb. 

27 fevral
1882-ci ildə tanınmış aktyor, dramaturq və pedaqoq Mirmahmud Kazımovski dünyaya gəlib.
1930-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı Əli Vəliyev  
1950 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova anadan olub.
1988 - Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat - erməni əhalinin evlərinə basqınlar törədilib. 
1998 - Azərbaycanla İslandiya (ülkəmizin müstəqilliyini 1992-ci il yanvarın 19-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
2003 - Vaşinqtonda ABŞ prezidenti Corc Buş və Azərbaycan prezidenti Heydər Əliyevin görüşündə iki ölkə arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib.

28 fevral
1894 - Xalq artisti, kinoda və teatr tamaşalarında unudulmaz obrazlar yaratmış Mustafa Həşim oğlu Mərdanov (1894-28.12.1968) Cənubi Azərbaycanda (Mərənd) doğulub
1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918 - 4.1.2000) Kazan şəhərində doğulub.
Milliyyətcə tatardır. 
1952 - Xalq artisti, bəstəkar Eldar Mənsurov anadan olub
1990 - SSRİ Xalq Deputatlarının Qurultayı aqrar sahədə özəl təsərrüfatların yaradılmasına icazə verən qanun qəbul edib.
1992 - Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrinin vahid komandanlıq altında birləşdirilməsi barədə fərman verilib.
1992 - Azərbaycan Amerika Birləşmiş Ştatları və Hindistanla (bu ölkələr Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də və 26-da tanımışdı) diplomatik münasibətlər qurub.
1993 - Erməni terror qrupunun Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partlatması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
1995 - Azərbaycanla Nepal arasında diplomatik əlaqələr qurulub.
2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 -2004) vəfat edib.

29 fevral
1716 - Çar I Pyotrun göstərişi ilə Xəzər dənizinə Rusiyanın ilk ekspedisiyası göndərilib.
1907-ci ildə görkəmli səhnə xadimi, Azərbaycanın xalq artisti Fatma Qədrini anadan olub.
1908-ci ildə görkəmli Azərbaycan alimi, filologiya elmləri doktoru professor Hadı Mirzəzadə dünyaya gəlib.
1913-cü ildə tanınmış yazıçı–kinodramaturq, əməkdar incəsənət xadimi Ənvər Məmmədxanlı dünyaya gəlib.
1913 - Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913-19.12.1990) Göyçayda anadan olub.
1992 - Ermənistanın silahlı qüvvələri Rusiyanın (keçmiş SSRİ-nin) respublika ərazisindəki 7-ci ordusunun köməyi ilə Laçın rayonuna ilk dəfə genişmiqyaslı hücum ediblər.
Azərbaycan musiqiçisi, əməkdar incəsənət xadimi Mansur Mansurov 126 il əvvəl doğulub.



Oxunub: 620007