Baş səhifə    » YENİLƏNMƏLƏR    » Yenilənmələr   

Yenilənmələr

  


15.01.2014 - Saytın “Dövlət qurumları” bölməsinə  “Ali Attestasiya Komissiyası ” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və onun  fəaliyyəti haqqında məlumat yerləşdirilmişdir. 

30.12.2013 - Saytın “İctimai qurumlar” bölməsinə “İttifaqlar” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Teatr Xadimləri, Bəstəkarlar, Rəssamlar və Memarlar İttifaqlarının yaranma tarixindən və fəaliyyət istiqamətlərindən bəhs edilmişdir.

18.12.2013- Saytın “İqtisadiyyat” bölməsinə “Azərbaycandakı banklar” linki əlavə edilmişdir. Linkdə Azərbaycanda fəaliyyət göstərən bankların ünvanları və əlaqə nömrələri verilmişdir. 

05.12.2013- Saytın “Xidmət sahələri” bölməsinə “İnternet provayderləri” linki əlavə edilmişdir. Linkdə Azərbaycanda fəaliyyət göstərən internet povayderləri haqqında məlumat verilmişdir. 

28.10.2013 - Saytın “Musiqi” bölməsinə “Simfoniyalar” linki əlavə edilmişdir. Linkdə Azərbaycan simfoniyaları və simfonik muğamları haqqında məlumat verilmiş və həmin janra aid audio versiyalar yüklənmişdir.

08.10.2013 - Saytın “Dövlət qurumları” bölməsinə “Yerli icra hakimiyyətləri” linki əlavə edilmişdir. Linkə yerli icra hakimiyyətləri və onların ünvanları haqqında məlumatlar yerləşdirilmişdir.

02.09.2013 -  Saytın “Hərb tarixi” bölməsinə “Hərbi rütbələr” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Silahlı qüvvələrindəki hərbi rütbələr və onlara məxsus hərbi paqonlar haqqında məlumat verilmişdir.  

21. 08. 2013 - Saytın "Haqqımızda" bölməsinə "www.president-az.com" linki əlavə edilmişdir.

29.07.2013 - Saytın “İncəsənət” bölməsinə “Azərbaycanın qədim kitabxanaları” linki əlavə edilmişdir. Link bütövlükdə Şərqdə çox məşhur olan Azərbaycanın qədim kitabxanalarının yaranmasına və fəaliyyətinə həsr olunmuşdur.

03.06.2013 - Saytın “Tarix” bölməsinə “Azərbaycanda türk tayfaları” linki əlavə edilmişdir. Linkdə Azərbaycan xalqının formalaşmasında aparıcı rola malik olan türk tayfaları, onların tarixdəki rolu və yayılma arealı haqqında məlumatlar öz əksini tapmışdır. 

06.05.2013 - Yeni layihə - President-az.com saytı ilə bağlı İlham Abduyevin müraciəti.

25.04.2013 - Saytın “İctimai qurumlar” bölməsinə yeni “Azərbaycan Respublikasının Vəkillər Kollegiyası” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının yaranması, məqsədi, fəaliyyəti və ünvanı haqqında məlumat yerləşdirilmişdir. 

05.04.2013 - Saytın “Dövlət qurumları” bölməsinə yeni “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir.

27.02.2013 - Saytın “Musiqi” bölməsinə “Azərbaycanın səs yazı nümunələri” linki əlavə edilmişdir. Linkdə Azərbaycan ifaçılarının ilk səs yazı nümunələri və Dövlət Səs Yazıları Arxivinin fəaliyyəti haqqında məlumat verilmişdir. 

05.02.2013 - Saytın “Musiqi” bölməsinə “Romanslar” linki əlavə edilmişdir. Linkdə Azərbaycan bəstəkarlarının romansları haqqında məlumat verilmiş və həmin romansların audio versiyaları yüklənmişdir.

Əziz istifadəçilər!
Nəzərinizə çatdırmaq istəyirik ki, azerbaijans.com saytının ən böyük layihələrindən biri olan butalife.com ünvanlı beynəlxalq statuslu sosial şəbəkə 04 Fevral 2013-il tarixindən etibarən beta versiyasından çıxarılmışdır. Sayt bütün bölmələri ilə tam fəaliyyətdədir. İndi www.butalife.net saytının fəaliyyətindən daha rahat yararlana bilərsiniz.

30.12.2012 - Saytın "Otellər" bölməsindəki "Azərbaycanda otellər" linki yenilənmişdir. Linkə Azərbaycanda fəaliyyət göstərən otellər və onların ünvanları haqqında məlumatlar yerləşdirilmişdir.

28.12.2012 - Saytın “İctimai qurumlar” bölməsinə “İctimai birliklər” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Yazıçılar, Aşıqlar və Jurnalistlər Birliklərinin yaranması və fəaliyyətləri barədə geniş məlumat verilmişdir.  

26.12.2012 - Saytın "Haqqımızda" bölməsində “Müraciətlər” linkinə "İlham Abduyevin Yeni il və 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciəti" əlavə edilmişdir.

24.12.2012 - Saytın “Son 10 il” bölməsinə “Milli valyuta islahatı: manat dünyanın dəyərli pullarından biri kimi” linki əlavə edilmişdir. Link Azərbaycanda uğurla həyata keçirilən milli valyuta islahatına,  milli manatın denominasiyasına və milli valyutanın davamlılığı istiqamətində həyata keçirilən pul-kredit siyasətinə həsr olunmuşdur.

21.12.2012 - Saytın “İdman” bölməsinə yeni “Beynəlxalq yarışlar” linki əlavə edilmişdir. Linkdə son dövrlər müxtəlif idman növləri üzrə Azərbaycanda keçirilən beynəlxalq turnir və yarışlar haqqında məlumat verilmişdir.

18.12.2012 - Saytın “Dövlət qurumları” bölməsinə  “ Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və onun fəaliyyəti haqqında məlumat yerləşdirilmişdir. 

14.12.2012 - Saytın “İncəsənət” bölməsinə “İncəsənət nümunələrimiz dünya muzeylərində” linki əlavə edilmişdir. Linkdə dünyanın ən məşhur muzey və kolleksiyalarında saxlanılan Azərbaycana məxsus bədii sənətkarlıq nümunələri haqqında geniş bilgi verilmişdir.

12.12.2012 - Saytın “Ədəbiyyat” bölməsinə “Ədəbi məclislər” linki əlavə edilmişdir. Linkdə Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edən ədəbi məclislərin yaranması və onların üzvləri haqqında məlumat verilmişdir.  

10.12.2012 - Saytın “Dövlət qurumları” bölməsinə  “Strateji Araşdırmalar Mərkəzi” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və fəaliyyəti haqqında məlumat yerləşdirilmişdir. 

07.12.2012 - Saytın “Tarix” bölməsinə “Qədim əlyazmalar” linki əlavə edilmişdir. Linkdə Azərbaycanda saxlanılan qədim əlyazma nümunələrindən və onların qorunmasından bəhs edilmişdir.

05.12.2012 - Saytın “Memarlıq” bölməsinə “Qədim körpülər” linki əlavə edilmişdir. Linkdə Azərbaycan ərazisindəki körpülərin tarixindən, onların memarlıq xüsusiyyətlərindən bəhs edilmişdir.

03.12.2012 - Saytın “Haqqımızda” bölməsinə yeni “İllik fəaliyyətimiz” linki əlavə edilmişdir. Linkdə bir il ərzində www.azerbaijans.com saytının əldə etdiyi uğurlardan bəhs edilmişdir. 

30.11.2012 - Saytın “Balet” bölməsinə “Balet tamaşaları” linki əlavə edilmişdir. Linkə lentə köçürülmüş balet tamaşalarının video görüntüləri yerləşdirilmişdir.

28.11.2012 - Saytın “Opera” bölməsinə “Opera tamaşaları” linki əlavə edilmişdir. Linkə lentə köçürülmüş opera tamaşalarının video görüntüləri yerləşdirilmişdir.

23.11.2012 - Saytın “Vizit tur” bölməsinə “Əcnəbilərin hüquqları” linki əlavə edilmişdir. Linkdə Azərbaycan Respublikasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunan hüquq və vəzifələrdən bəhs olunmuşdur.

21.11.2012 - Saytın “Etnoqrafiya” bölməsinə “Qonaqpərvərlik”  linki əlavə edilmişdir. Linkdə xalqımızın qonaqpərvərlik adətlərindən bəhs edilmişdir.

19.11.2012 - Saytın "Turizm" bölməsinə "Ovçuluq turizmi" linki əlavə edilmişdir. Linkdə ölkəmizdəki ovçuluq növləri, təsərrüfatları və ovlanma dövrü haqqında məlumatlar verilmişdir

14.11.2012 - Saytın "Haqqımızda" bölməsinə "www.butacolor.net" linki əlavə edilmişdir.

12.11.2012 - Saytın "Son 10 il" bölməsinə "Aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi" linki əlavə olunmuşdur. Linkdə son illərdə bu sahə ilə bağlı görülmüş işlərdən, qəbul olunmuş Dövlət proqramlarından  bəhs olunmuşdur.

08.11.2012 - Saytın “Tanınmışlar” bölməsinə əlavələr edilmişdir.

06.11.2012 - Saytın “Memarlıq” bölümünə yeni “Qədim karvansaralar” linki əlavə edilmişdir. Linkdə Azərbaycan tarixi memarlığının özünəməxsus nümunəsi olan karvansaralar haqqında məlumat verilmişdir.

01.11.2012 - Saytın "Haqqımızda" bölməsində “Müraciətlər” linkinə "İlham Abduyevin www.butacolor.com layihəsi ilə bağlı müraciəti" əlavə edilmişdir.

31.10.2012 - Saytın “Son 10 il” bölməsinə “Səhiyyə islahatları” linki əlavə edilmişdir.  Linkdə son illərdə Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan səhiyyə sahəsindəki islahatlardan bəhs olunmuşdur. 

29.10.2012 - Saytın "Anons" bölməsinə "Mükafatlarımız" linki əlavə edilmişdir. Linkdə azerbaijans.com, azerbaijanphoto.com və butalife.com saytlarının qurucusu və ideya müəllifi İlham Abduyevin layiq görüldüyü “Ən yaxşı iş” və “İlin meneceri” mükafatları haqqında məlumat verilmişdir.

22.10.2012 - Saytın “Memarlıq” bölməsinə “Tarixi memarlıq binaları” linki əlavə olunmuşdur. Linkdə müxtəlif illərdə Bakıda inşa edilmiş və Azərbaycan memarlığının ən gözəl nümunələri hesab olunan binalar haqqında məlumat verilmişdir

19.10.2012 - Saytın “İncəsənət” bölməsinə yeni “Festivallar” linki əlavə edilmişdir. Linkdə Azərbaycanda keçirilən dünya miqyaslı musiqi festivalları barədə məlumatlar verilmişdir. Bundan başqa, linkdə digər müxtəlif istiqamətli beynəlxalq səviyyəli festivallar da öz əksini tapacaq.

17.10.2012 - Saytın “Xidmət sahələri” bölməsinə yeni “Nəşriyyatlar” linki əlavə edilmişdir. Linkə Bakıda fəaliyyət göstərən nəşriyyatların  ünvanları haqqında mlumat yerləşdirilmişdir.

15.10.2012 - Saytın “Son 10 il” bölməsinə yeni “Vətəndaş cəmiyyətinin və KİV-in dəstəklənməsi” linki əlavə edilmişdir. 

12.10.2012 -Saytın “Təhsil” bölməsinə “Uşaq evləri və internat məktəbləri” linki əlavə edilmişdir. Linkdə Azərbaycanda fəaliyyət göstərən uşaq evlərinin və internat məktəblərinin ünvanları haqqında məlumat verilmişdir. 

09.10.2012 - Saytın "Dövlət Qurumları" bölməsinə "Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti" linki əlavə edilmişdir

08.10.2012 - Saytın “Rəssamlıq” bölməsinə “Rəsm qalereyası” linki əlavə edilmişdir. Linkə XIII əsrdən XXI əsrin əvvəllərinə qədərki dövrü əhatə edən, həm mövzu baxımından, həm də işləmə texnikasına görə dünya incəsənətinin inciləri hesab edilən, Azərbaycanda, eləcə də xaricdə ən məşhur sərgi salonlarında nümayiş etdirilən rəsm əsərləri yerləşdirilmişdir. Azerbaijans.com olaraq həmin rəsm əsərlərini foto qalereya formatında diqqətinizə təqdim edirik. 

04.10.2012 - Saytın “Mətbuat” bölməsinə “Azərbaycanın mühacirət mətbuatı” linki əlavə edilmişdir. Linkdə Azərbaycanın mühacirət mətbuatının yaranması və fəaliyyəti barəsində məlumat verilmişdir.

01.10.2012 - Saytın “Anons” bölməsinə “www.azerbaijanphoto.com” linki əlavə edilmişdir.

27.09.2012 - Saytın "Haqqımızda" bölməsində “Müraciətlər” linkinə "İlham Abduyevin azerbaijanphoto.com layihəsi ilə bağlı müraciəti" əlavə edilmişdir.

27.09.2012 - Saytın “İdman” bölməsindəki “Olimpiyaçılarımız” linki yenilənmişdir və bölməyə yeni “Paralimpiya” linki əlavə edilmişdir.

24.09.2012 - Saytın “Xidmət sahələri” bölməsinə “Poçt mərkəzləri” linki əlavə edilmişdir. Linkdə Bakı şəhərində fəaliyyət göstərən əsas poçt mərkəzlərinin ünvanları haqqında məlumat verilmişdir.

19.09.2012 -  Saytın “Son 10 il” bölməsinə “Enerji resurslarının nəqli strategiyası” linki əlavə edilmişdir. Linkə Azərbaycanda neft-qaz ehtiyatlarının işlənməsi, neft və qaz nəqlinin marşrutları, beynəlxalq əhəmiyyətli iqtisadi müqavilələr və onların səmərəsi haqqında məlumatlar yerləşdirilmişdir.

17.09.2012 - Saytın “Anons” bölməsinə “www.butalife.com” linki əlavə edilmişdir.

15.09.2012 -Saytın “Son 10 il” bölməsinə “Azərbaycanda təhsil islahatları” linki əlavə edilmişdir. Linkə son illərdə Azərbaycanın təhsil sistemində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verilmişdir.

14.09.2012 -Saytın “Mətbuat” bölməsinin “İnternet media və xəbər portalları” linki yenilənmişdir

12.09.2012 -  Saytın "Haqqımızda" bölməsində “Müraciətlər” linkinə "İlham Abduyevin www.butalife.com layihəsi ilə bağlı müraciəti" əlavə edilmişdir.

12.09.2012 -  Saytın “Səhiyyə” bölməsinə “Apteklər” linki əlavə edilmişdir. Linkdə paytaxt Bakıda yerləşən aptek-mağazaların iş rejimi və ünvanları haqqında məlumat verilmişdir. 

10.09.2012 -Saytın “I ledilər” bölməsinin “Mehriban Əliyeva” linki yenilənmişdir.

07.09.2012 - Saytın “İncəsənət” bölməsinə “Bədii metal sənəti” linki əlavə edilmişdir. Linkdə Azərbaycanda bədii metal sənətinin yaranması və inkişafı haqqında geniş məlumat verilmişdir.

03.09.2012 - Saytın “Kino” bölməsinə “Mozalan satirik jurnalı” linki əlavə edilmişdir. Linkə Azərbaycan kinosunda özünəməxsus yeri olan  “Mozalan” satirik jurnalının tarixi haqqında məlumat və kinojurnalın 319 nömrəsi yerləşdirilmişdir. 

24.08.2012 - Saytın “Diaspora” bölməsinə “Ölkəmizdəki səfirliklər” linki əlavə edilmişdir. Linkdə Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpusları haqqında məlumat təqdim edilmişdir

22.08.2012 - Saytın “Ticarət mərkəzləri” bölməsinə “Kitab mağazaları” linki əlavə edilmişdir.

17.08.2012 - Saytın “Rayon və şəhərlər” bölməsinə “Qardaşlaşmış şəhərlər” linki əlavə edilmişdir. Linkə Azərbaycan şəhərləri ilə qardaşlaşan dünyanın müxtəlif şəhərləri haqqında məlumat yerləşdirilmişdir.

13.08.2012 - Saytın “Son 10 il” bölməsinə “Ekoloji problemlərin həllində inkişaf mərhələsi” linki əlavə edilmişdir. Link ekoloji problemlərin həlli yolunda Azərbaycan dövlətinin həyata keçirdiyi geniş miqyaslı tədbirlərə və dövlət proqramlarına həsr olunmuşdur. 

10.08.2012 -  Saytın “Əhali” bölməsinə “Etnik antropologiya” linki əlavə edilmişdir. Linkdə azərbaycanlıların mənsub olduğu kaspi antropoloji tipi haqqında bilgi verilmişdir.

07.08.2012 - Saytın “Ədəbiyyat” bölməsinə “Mühacirət ədəbiyyatı” linki əlavə edilmişdir. Linkdə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasından və ən görkəmli nümayəndələrindən bəhs olunmuşdur.

03.08.2012 - Saytın “Hərb tarixi” bölməsinə “Azərbaycan legionu” linki əlavə edilmişdir. Linkdə Azərbaycanın müstəqillik mübarizəsində ayrıca mərhələ olan legion hərəkatı haqqında məlumat verilmişdir.

30.07.2012 - Saytın “Diaspora” bölməsinə “Diasporanın məskunlaşması” linki əlavə edilmişdir. Linkdə Azərbaycan diasporasının məskunlaşma arealı və xaricdəki azərbaycanlıların sayı göstərilmişdir.

26.07.2012 - Saytın “Coğrafiya” bölməsinə “Faydalı sularımız” linki əlavə edilmişdir. Link Azərbaycanın yeraltı, termal, mineral və sənaye əhəmiyyətli su ehtiyatlarına həsr olunmuşdur.  

23.07.2012 - Saytın “Coğrafiya” bölməsinə “Qocaman ağaclar” linki əlavə edilmişdir. Linkdə Azərbaycan ərazisində yayılmış  və yaşı yüz illəri keçən ağacların statistikası verilmişdir.

20.07.2012 - Saytın “Milli faciələr” bölməsinə “Repressiya faciəsi” linki əlavə edilmişdir. Linkdə 1920-50-ci illərdə repressiya nəticəsində xüsusilə Azərbaycanın intellekt potensialının itkilərindən bəhs edilmişdir.

16.07.2012 - Saytın “Son 10 il” bölməsində “Sosial təminatın və sosial infrastrukturun yaxşılaşdırılması” linki yenilənmişdir. Linkdə ölkəmizdəki sosial siyasəti, ünvanlı sosial yardımlar, aztəminatlı ailələrin reablitasiyası, sosial ipoteka və s. haqqında ətraflı məlumatlar yerləşdirilmişdir.

12.07.2012 - Saytın “Coğrafiya” bölməsinə “Azərbaycanın Qırmızı Kitabı” linki əlavə edilmişdir. Link Azərbaycan təbiətinin nadir inciləri hesab edilən bitki və heyvanlar aləminə həsr olunmuşdur.

10.07.2012 - Saytın Haqqımızda bölməsində “Müraciətlər” linkinə azerbaijans.com və garabagh.net saytlarının ideya müəllifi və qurucusu "İlham Abduyevin yeni layihələrlə bağlı açıqlaması" əlavə edilmişdir.

09.07.2012 - Saytın “Əhali” bölməsinə “Azərbaycanın azsaylı xalqları” linki əlavə olunmuşdur. Linkdə etnoqrafik özünəməxsusluğu ilə seçilən Azərbaycanda yaşayan müxtəlif millətlər haqqında məlumatlar yerləşdirilmişdir.

06.07.2012 - Saytımızda RƏYLƏR bölməsinin adı dəyişilərək HAQQIMIZDA adı ilə əvəz olunmuşdur. Haqqımızda bölməsində “Sayt haqqında” və “Müraciətlər” linki əlavə olunmuşdur. Müraciətlər linkində azerbaijans.com və garabagh.net saytlarının ideya müəllifi və qurucusu İlham Abduyevin müraciəti öz əksini tapmışdır.

06.07.2012 - Saytın “Xidmət sahələri” bölməsinə “Notariat kontorları” linki əlavə edilmişdir. Linkə Bakı şəhərində yerləşən Notariat kontorlarının ünvanı və iş rejimi haqqında məlumatlar yerləşdirilmişdir.

03.07.2012 - Saytın “Naxçıvan” bölməsinə “Araz – Türk respublikası” linki əlavə edilmişdir. Link - Şərqdə ilk Türk cümhuriyyətlərindən biri olan “Araz – Türk Respublikası”na həsr edilmişdir.

02.07.2012 - Saytımızın "ANONS" bölməsinə "Təkliflər" linki əlavə edilmişdir. Linkdə saytın ideya müəllifi və qurucusu İlham Abduyevin “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması ilə bağlı irəli sürdüyü təkliflər paketi yer almışdır.

30.06.2012 - Əziz istifadəçilər!
www.azerbaijans.com saytı yenilənmələrini davam etdirir. Növbəti yenilənmə “Kino” bölməsində olmuşdur. Belə ki, həmin bölməyə böyük miqyaslı yeni “Film tamaşalar” linki əlavə edilmişdir. Linkə film tamaşalar haqqında məlumatlar və tamaşaların video bazası yerləşdirilmişdir. Bununla da www.azerbaijans.com saytının istifadəçiləri Azərbaycan kino sənətinin incilərindən hesab olunan televiziya tamaşalarını heç bir çətinlik çəkmədən bir ünvandan izləmək imkanı əldə edəcəklər.  

25.06.2012 - Saytın “Son 10 il” bölməsinə “Ordu quruculuğu” linki əlavə edilmişdir. Linkdə son dövrlərdə regionun ən güclü və döyüş hazırlıqlı  silahlı qüvvələrinə malik olan Azərbaycan ordusunun modernləşməsindən, hərbi sənayenin, hərbi hava qüvvələri və hərbi donanmanın inkişafından, Azərbaycan silahlı qüvvələrinin beynəlxalq sülhməramlı əməliyyatlara dəstəyindən bəhs edilmişdir.

20.06.2012 - Saytın “İncəsənət” bölməsinə “Azərbaycanın muzey eksponatları” linki əlavə edilmişdir. Linkdə Azərbaycan maddi mədəniyyətinin nadir nümunələri olan Azərbaycanın milli geyimləri, xalça və xalçaçılıq işləri, tikmələr, mis sənət işləri, qədim və orta əsrlər dövrünün pulları, şərq silahları, zərgərlik işləri, daş-qaşlar, arxeolji tapıntılar vizual olaraq görüntülənmişdir.

18.06.2012 - Saytın “İqtisadiyyat” bölməsinə “Xarici ticarət dövriyyəsi” linki əlavə edilmişdir. Linkdə Azərbaycanın xarici ticarət dövriyyəsindən, ölkənin xarici ticarət tərəfdaşları ilə çoxtərəfli münasibətlərindən, idxal-ixracın strukturundan bəhs olunmuşdur.

14.06.2012 - Saytın “Nəqliyyat” bölməsinə “Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” linki əlavə edilmişdir. 

12.06.2012 - Saytın “Səhiyyə” bölməsinə yeni “Xalq təbabəti” linki əlavə edilmişdir. Link Azərbaycanda yayılmış bitki və meyvələrin müalicəvi əhəmiyyətinə həsr olunmuşdur.

08.06.2012 - Saytın “Tarix” bölməsinin “Tarixi xronologiya” linkinə əlavələr edilmişdir.  

05.06.2012 -Saytın “Son 10 il” bölməsinə “Qeyri-neft sektorunun inkişafı” linki əlavə edilmişdir. Linkdə  Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən, bu sahənin inkişafını təmin edən tədbirlər və dövlət proqramlarından, ölkənin beynəlxalq reytinqinin yüksəlməsində qeyri-neft sektorunun əhəmiyyətindən bəhs edilmişdir.  

02.06.2012 -Saytımızda çox böyük bir texniki yenilənmə edilmişdir. Müxtəlif mənbələrdən əldə edilmiş və saytda yerləşdirilmiş bütün video materiallar artıq YOUTUBE serverindən deyil, “azerbaijans.com”un AZETUBE bazasından istifadəyə veriləcək.   
Oxucularımızın nəzərinə çatdırmaq istərdik ki, saytın özünə məxsus xüsusi video serveri  AZETUBE adlanır və  bunun nəticəsində də saytımızda olan bütün video materiallar və filmlər məhz bu bazadan izləniləcəkdir. 
Bu texniki nailiyyətin sayəsində “azerbaijans.com” saytının  istifadəçiləri hər zaman səliqəli, nizamlı şəkildə məhz AZETUBE bazasına daxil edilmiş filmləri və digər video çarxları izləyə biləcəklər. Bu yenilik saytda olan video materialların arxivinin qurulması, təhlükəsizliyinin qorunub saxlanılması baxımından çox önəmlidir. Belə ki, artıq toplanmış video materiallara kənar müdaxilələrin baş verməsi və informasiya itkisi mümkün olmayacaq.

30.05.2012 - “Avroviziya” bölməsinə “Avroviziya 2012”-nin yekunu” linki əlavə olunmuşdur. 

29.05.2012 - Saytın “Hərb tarixi” bölməsinə “Görkəmli hərbçilər” linki əlavə edilmişdir. Linkdə Azərbaycanın görkəmli sərkərdələrinin hərbi xidmətlərindən bəhs olunur.

29.05.2012- “Avroviziya” bölməsində “Azərbaycan Avroviziyada” linki yenilənmişdir. 

23.05.2012-Saytın “İqtisadiyyat” bölməsinə “Azərbaycanda investisiya mühiti” linki əlavə edilmişdir. Linkdə xarici investisiyaların yatırımı üçün Azərbaycanda mövcud olan əlverişli mühitdən, investitorların ölkəmizə üstünlük verməsinin səbəblərindən, xarici investisiyaların artım tempindən və bu barədə beynəlxalq təşkilatların hesabatlarından, vergi və gömrük sistemindən bəhs olunmuşdur.  

22.05.2012-Saytın “Tarix” bölməsinə yeni  “Tarixi liderlər” linki əlavə olunmuşdur. Link Azərbaycan tarixində önəmli yer tutan liderlərin tarixi missiyasına həsr olunmuşdur.  

20.05.2012 -“Avroviziya-2012” bölməsinə “Baku Crystal Hall” linki əlavə edilmişdir.
19.05.2012 - “Paytaxt” bölməsinə “Yeni bulvar” və “Heydər Əliyev Mərkəzi” linkləri əlavə olunmuşdur.
18.05.2012 - Saytın “Ədəbiyyat” bölməsində “Yazıçılar” linki yenilənmişdir.

14.05.2012 - “Səhiyyə” bölməsinə dispanserlər, doğum evləri, klinikalar, poliklinikalar, qadın məsləhətxanaları, sanatoriyalar, təcili tibbi yardımlar, tibbi mərkəzlər və uşaq xəstəxanaları haqqında məlumatlar əlavə edilmişdir. 

08.05.2012 - "Son 10 il" bölməsinə yeni bir link - “ Uğurlu iqtisadi islahatlar və sürətli inkişaf”  linki əlavə edilmişdir. Linkdə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan, ölkə iqtisadiyyatının yüksək inkişaf tempindən, dövlətimizin regionun əsas iqtisadi güc mərkəzinə çevrilməsindən və qlobal enerji layihələrində iştirakından bəhs edilmişdir.

01.05.2012 -azerbaijans.com saytı daha bir uğurlu yenilənməyə imza atdı. Bu günlərdə saytın radiosu fəaliyyətə başlayıb və 24 saat efirdə olacaq. Bundan sonra saytın çoxsaylı istifadəçiləri azerbaijans.com radiosunun efirindən Azərbaycanın muğam, xalq, estrada, instrumental musiqilərini, aşıq havalarını, milli caz ifalarını, Avroviziya, türk və xarici estrada nümunələrini dinləyə biləcəklər. 
Radio istifadəçilərinin rahatlığı üçün sayta müxtəlif  pleyerlər yerləşdirilmişdir.

26.04.2012 - "Son 10 il" bölməsinə “Gənclər siyasəti”  linki əlavə edilmişdir. Əlavə olunmuş linkdə son illər ərzində gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri, həyata keçirilmiş dövlət proqramları öz əksini tapmışdır.

"Avroviziya" bölməsinə “"Avroviziya 2012” müsabiqəsinə qatılanlar üçün vizaların verilməsi" linki əlavə edilmişdir. Linkdə mahnı müsabiqəsinə gələn əcnəbilərə  sadələşdirilmiş şərtlərlə vizaların verilməsi qaydaları göstərilmişdir. 

www.azerbaijans.com saytı bu dəfə əlavə bölmə ilə yenilənmişdir. Yenilik ilk növbədə televiziya həvəskarlarına ünvanlanıb. Belə ki, artıq saytın istifadəçiləri Azərbaycan televiziyasının aparıcı kanallarını (o cümlədən regional kanalları) azerbaijans.com saytı vasitəsilə canlı izləyə biləcəklər.

“Son 10 il”  bölməsinə “Xarici siyasət” linki əlavə edilmişdir. Bu linkdə Azərbaycan Respublikasının son 10 il ərzində müxtəlif istiqamətlərdə xarici siyasətdəki nailiyyətləri öz əksini tapmışdır. 

“İncəsənət” bölməsində “Unikal muzeylər”  linkinə uzunömürlülər muzeyi haqqında məlumat əlavə olunmuşdur. 

“Musiqi” bölməsinə “Azərbaycan xalq rəqsləri” linki əlavə edilmişdir. 

“Yalnız bizdə” bölməsinə Azərbaycanla bağlı “Ginnesin Rekordlar Kitabı”na düşmüş məlumatlar haqqında “Azərbaycanın və azərbaycanlıların rekordları” linki əlavə edilmişdir.

“Avroviziya” bölməsində “Avroviziya-2012”  Mahnı Müsabiqəsində təmsil olunacaq ölkələrin çıxış ardıcıllığı ilə bağlı yeni link əlavə edilmişdir. 

azerbaijans.com saytı daha bir yenilənmə etdi. Bu dəfəki yenilənmə körpələrə ünvanlanmışdır. Belə ki, saytın “Cizgi filmləri” bölməsində Azərbaycan cizgi filmləri istehsalının ən məzmunlu nümunələri yerləşdirilmişdir. Bundan sonra balaca istifadəçilərimiz sevdikləri Azərbaycan cizgi filmlərini heç bir çətinlik çəkmədən izləyəcəklər. Eyni zamanda bu yenilənmə onların internetdən faydalı şəkildə yararlanmasına və internet məkanına şüurlu, intellektual şəkildə inteqrasiyasına şərait yaradacaq.
    
www.azerbaijans.com saytının əziz oxucuları!
Bildiyiniz kimi, www.azerbaijans.com saytı günü-gündən  yenilənir, zənginləşir. Bu günlərdə işlərimizin davamı olaraq saytın “Kino” bölməsinin “Filmlər” linkində daha böyük miqyaslı yenilənmələrə başlanılmışdır. Belə ki, linkə aid videolara tammetrajlı ,  qısametrajlı  və sənədli Azərbaycan filmləri daxil edilir. 248 tammetrajl filmdən artıq 238-i sayta yerləşdirilmişdir. Bunula da siz www.azerbaijans.com saytı vasitəsilə klassik Azərbaycan kino salnaməsini rahatlıqla izləmək imkanı əldə edəcəksiniz.  

- “Yalnız bizdə” bölməsindəki “Təkcə Azərbaycanda” linki yenilənmişdir. 
- “Tarixi  günlər“ bölməsinə Mart və Aprel aylarında baş vermiş hadisələr əlavə edilmişdir
- “Avroviziya”bölməsinə videolar əlavə olunmuşdur. 
http://video.azerbaijans.com/?act=albums&id=83  
- "Xalçaçılıq" bölməsinə "Məşhur xalçalar" linki əlavə olunmuşdur. 
- "Incəsənət" bölməsinə "Unikal muzeylər" linki əlavə olunmuşdur
- Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar yeni fərman imzalanmışdır.   http://azerbaijans.com/content_1573_az.html



Oxunub: 97720



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on