Baş səhifə    » TARİXİ GÜNLƏR    » Mart   

Mart

  


1 mart
1920 - Azərbaycanın ilk dovlət informasiya qurumu - Azərbaycan  Dovlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb.
1921-ci ildə Tanınmış sənətkar, xalq rəssamı Kamil Əliyev anadan olub. 
1940-cı ildə əmək qəhrəmanı , pambıqçı – mexanizator Sevil Qazıyeva anadan olub. 
1992 – MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının  Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb.
1992 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Praqadakı rəhbər toplantısında təşkilatın 1992-ci il fevralında Azərbaycan və Ermənistanda səfərdə olmuş ilk missiyanın hazırladığı hesabat əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub.
1992-ci ildə Azərbaycanla Misir Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub. 
2004 – Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərə gedib.
Məşhur müğənni, Azərbaycanın əməkdar artisti Cahan Talışinskayanın xatirə günüdür. 

2 mart
1891-ci ildə tanınmış dövlət xadimi, Azərbaycan xalq cümhuriyyəti parlamentinin üzvü Əkbər Şeyxülislamov anadan olub
1928-ci ildə tanınmış rejissor Rauf Kazımovski doğulub. 
1992-ci ildə Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından olan BMT-yə üzv qəbul olunub.
1992 – Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub.
1995-ci ildə Azərbaycanla Burundi respublikası arasında diplomatik münasibətlərin təməli qoyulub. 
2005 – Tanınmış jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov Bakıda qətlə yetirilib.
18 il əvvəl Azərbaycanla Çin Xalq Respublikası arasında diplomatik münasibətlər yaradılıb.

3 mart
1875-ci ildə tanınmış dövlət xadimi Məhəmmədhəsən Hacınski doğulub. 
1912-ci ildə tanınmış yazıçı və tərcüməçi Manaf Süleymanov anadan olub. 
1926-cı ildə şair və ədəbiyyatşünas Hökumə Bülluri Zəncan şəhərində doğulub 
1928-ci ildə yazıçı və tərcüməçi Namiq Abdullayev anadan olub. 
1937-ci ildə tanınmış  yazıçı Fərman Kərimzadə anadan olub. 

4 mart
1460 – Şeyx Cüneydin başçılıq etdiyi Səfəvi qoşunları ilə Şirvanşah I Xəlilullahın qoşunları arasında Samur çayı sahilində döyüş baş verib. 
1842 – Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1842-1919) anadan olub.
1846-cı ildə Azərbaycanın məşhur musiqiçisi Sadıq Əsəd oğlu – Sadıqcan Şuşada anadan olub. 
2001 – Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar başlayıb.

5 mart
5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günüdür. 
1831 - Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb.
1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Yaşar Vahid oğlu Qarayev Şəkidə doğulub.
1938 - Şair, dramaturq Miryusif Mirnəsiroğlu anadan olub.
1947 - Ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı anadan olub.
1956 - Şair Sabir Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.
1990 - SSRİ Ali Soveti “Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyəti sahmanlamaq tədbirləri haqqında” qərar qəbul edib. 
1992 - Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr başlayıb.
1992 - Erməni silahlı qüvvələri Ağdamın Sırxavənd kəndini güclü atəşə tutublar.

6 mart
1864-cü ildə hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun ali rütbəli zabiti Seyfulla Qacar anadan olub
1917 – Bakıda əsgər, zabit və fəhlə deputatları sovetləri yaradılmağa başlayıb.
1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının sədri, “Müsavat” partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə Ankarada 71 yaşında vəfat edib.
1990 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti «Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında» qərar qəbul edib.
1992 – Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında hakimiyyət dəyişikliyi baş verib.
1994 – Azərbaycan prezidenti Heydər Əliyev Çin Xalq Respublikasına rəsmi səfərə gedib.
1995 - Dövlət çevrilişinə cəhd

7 mart
1821-ci ildə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, ustad sənətkar Aşıq Ələsgər Göyçə mahalının Ağkilsə kəndində doğulub.
1908 - Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Salam Əbdülqasım oğlu Salamzadə anadan olub.
1908-ci ildə xalq rəssamı, əməkdar incəsənət xadimi Salam Salamzadə doğulub. 
1911-ci ildə milli mətbuatımızın görkəmli nümayəndələrindən biri, ictimai xadim, əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist Nəsir İmanquliyev anadan olub. 
1911 - Sovet dövlət xadimi Nikolay Baybakov (1911-2008) Bakıda anadan olmuşdur.
1916-cı ildə Azərbaycan yazıçısı, əməkdar incəsənət xadimi Süleyman Vəliyev dünyaya gəlib
1918 - Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanı Bakıya göndərib.
1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-1983) anadan olub.
1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər (1821-1926) vəfat edib.
1929 - Dilçi alim, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.
1945-ci ildə tanınmış aktrisa, xalq artisti Xuraman Hacıyeva anadan olub
1966 - Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli (1966-1992) anadan olub.
1991 - Azərbaycanın Ali Soveti SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendumda (17 mart 1991) iştirak məsələsini müzakirə edib.

8 mart
1338 - Azərbaycan filosofu, şair, Orta Əsrlər müsəlman Şərqinin görkəmli mütəfəkkiri Əvhadi Marağai (Ruhnəddin) vəfat edib.
1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-1965) anadan olub.
1920-ci ildə Yazıçı, kinossenarist, əməkdar incəsənət xadimi Həsən Seyidbəyli doğulub. 
1919-cu ildə tanınmış xanəndə Məmmədəli Əliyev anadan olub. 
1934 - Xalq artisti, tar ifaçışı Ceyran Haşımovanın doğum günüdür.
1955 - Şair, yazıçı İsgəndər Coşğun anadan olub.
1996 – Azərbaycan prezidenti Heydər Əliyev Gürcüstana ilk rəsmi səfərə gedib.

9 mart
1915-ci ildə Respublikanın əməkdar rəssamı Kamil Xanlarov anadan olub.
1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin - canişinliyin ləğv edilməsi barədə qərar verib.
1992 – Argentina Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımaq barədə bəyanat verib.
2007 – Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib.

10 mart
1601-ci ildə Böyük Azərbaycan şairi Saib Təbrizi  dünyaya gəlib. 
1834-cü ildə Təbrizdə Azərbaycanın görkəmli maarifçisi, alim və yazıçı Mirzə Əbdülrəhim Talıbov anadan olub.
1917-ci ildə görkəmli teatr xadimi, xalq artisti, dövlət mükafatı laureatı Nəsibə Zeynalova dünyaya gəlib. 
1924-cü ildə tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nazim Axundov Şuşada doğulub.
1929-cu ildə Azərbaycan Radiosunun görkəmli diktorlarından biri, əməkdar artist Gültəkin Cabbarlının doğum günüdür.
1934-cü ildə ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində görkəmli alim, Azərbaycan İqtisad Universiteti ali riyaziyyat kafedrasının professoru İbrahimxəlil Şıxanməd oğlu İbrahimxəlilov anadan olub.
1940-cı ildə tanınmış xanəndə, Azərbaycan muğamlarının və xalq mahnılarının mahir ifaçılarından biri, Milli Opera və Balet Teatrının solisti, xalq artisti, prezident təqaüdçüsü Canəli Əkbərov doğulub.                        
2001, mart - "Azərbaycan Atatürk Mərkəzinin yaradılması
2005, 10 mart- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı.

11 mart
1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Musiqili Komediya Teatrında işləyib, böyük tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb.
1992 – Avropa Şurası Nazirlər Komitəsi erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq və hücumlarını pisləyən bəyanat qəbul edib.
1992 – Azərbaycan Böyük Britaniya və Qvineya Respublikası ilə diplomatik münasibətlər qurub.
1999 – Avropa Parlamenti «Qafqazda sülh prosesinə dəstək» adlı qətnamə qəbul edib.
2005 - Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.

12 mart
1906 – Xalq şairi Süleyman Rüstəm (1906-1989) anadan olmuşdur.
1922 – Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqını - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb.
1933 – Xalq şairi Cabir Novruz (1933-2002) anadan olub.
1935-ci ildə əməkdar elm xadimi, filologiya elmləri doktoru Arif Hacıyev anadan olub.
1992 – Azərbaycan Respublikası Daxili Qoşunlarının yarandığı gündür.

13 mart
1858 –ci ildə Hərbi xadim, ziyalı Əbülfət Şahtaxtinski anadan olub. 
1927 – Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu anadan olub.
1938 – SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib.
1991 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Stepanakert" aeroportunun Xocalı rayonu ərazisində yerləşdiyi nəzərə alınaraq onun adı dəyişdirilib və "Xocalı" aeroportu adlandırılıb.
1992 – Helsinkidə ATƏM-in (1995-ci ildən ATƏT) rəhbər komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk təcili iclası çağırılıb.
1994 – Görkəmli aktyor və rejissor Həsən Əbluc (1942-1994) vəfat edib.
1995 – DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin (keçmiş "OMON") Qazax rayonundakı bölməsi Qazax və Ağstafa rayonunun inzibati idarə binalarına, bölgədəki hərbi hissəyə basqın edərək onların fəaliyyətini iflic edib.
2002 – Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 81 məhbus azadlığa buraxılıb.

14 mart
1880 – Məşhur satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880-1919) Naxçıvanda doğulub.
1937 - IX Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in üçüncü Konstitusiyası qəbul edilib.
1938 - Xalq yazıçısı Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Zəngin yaradıcılığı roman və povestlər, pyeslər, ssenarilər (10-dək film), şeir və tərcümələri əhatə edir, bir neçə filmə quruluş verib.
1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı kəndində anadan doğulub.
2008 - BMT Baş Assambleyasının 62-ci sessiyasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə qəbul olunub.

15 mart
1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.
1893 – Şair-aşıq İslam Qara oğlu Yusifov (Aşıq İslam, 1893- 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub.
1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (1899 - 12.4.1969) Bakının Fatmayı kəndində anadan olub. 
1923-cü ildə görkəmli Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi Nəcəfqulu anadan olub. 
1941 - Tanınmış şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
1941 – Şair, tərcüməçi, nasir Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı) Quba rayonunun Cimi kəndində anadan olub.
1991 - SSRİ-də rəsmi səfərdə olan Türkiyə prezidenti Turqut Özal Bakıya gəlib. Bu, Türkiyənin dövlət başçısının Azərbaycana ilk səfəri idi.
1992-ci ildə Azərbaycanla Liviya arasında diplomatik münasibətlər yaradılıb. 
1995 - Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı başlanıb. XTPD qüvvələri Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb ediblər.
1997 - Milli Məclis Rusyianın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib.
2001 - ABŞ dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundunu Florida ştatının Ki Vest şəhərində keçirmək təşəbbüsü ilə çıxış edib. Danışıqlar aprelin əvvəlində keçirildi.
2003 - Azərbaycanda Mətbuat Şurası yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Şuranın rəhbər heyəti seçilib. 

16 mart
1906-cı ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının yaradıcılarından və ilk rəhbərlərindən biri ustad kamançaçalan Qılman Salahov anadan olub. 
1916-cı ildə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri, xalq rəssamı, dövlət mükafatı laureatı Maral Rəhmanzadə anadan olub. 
1921 - Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb.
1940 - Məşhur cazmen, pianoçu, bəstəkar Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12.1979) anadan olub.
1948 - Azərbaycanın qərbində “metallurqlar şəhəri” Daşkəsənin əsası qoyulub.
1950 - Nasir, dramaturq, tərcüməçi Ağalar İdris oğlu Mehdiyev anadan olub.
1992 - Azərbaycanın Müdafiə Nazirliyində rəhbər dəyişiklikləri davam edib.
1995 - Prezident Heydər Əliyev XTPD qiyamını dinc yolla aradan qaldırmaq üçün daha bir addım ataraq qiyamçıların silahı könüllü təhvil verəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacaqları barədə fərman imzalayıb.
2006 - Bakıda dünya azərbaycanlılarının II qurultayı keçirilib.
1916-cı ildə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Zakir Bağırov anadan olub. 

17 mart
1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub.
1918 - Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutublar, mindən çox müsəlman-türk qətlə yetirilib.
1920 - Bolşevik Rusiyasının rəhbəri Lenin Bakını işğal etmək barədə Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına teleqram göndərib.
1991 - SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı referendum keçirilib.
1995 - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyam zəruri güc tətbiq edilməsi ilə yatırılıb.
2004 - Prezident İlham Əliyevin imzaladığı əfv fərmanına əsasən, 129 məhkum, o cümlədən dövləti cinayətlərə görə məhkum edilmiş 42 nəfər azadlığa çıxıb.

18 mart
1901 - Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə - Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib.
1916 - Şair Böyükağa Məmməd oğlu Qasımov anadan olub.
1918 - Erməni quldur dəstələri Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar həyata keçiriblər.
1927 - V Ümumazərbaycan sovetlər qurultayında sovet Azərbaycanının ikinci Konstitusiyası qəbul edilib.
1943 - Xalq yazıçısı Mövlud Süleymanlı Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR, Kalinino rayonu) anadan olub.
1992 - BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlib.
1994 - Erməni silahlı dəstələri Xankəndi səmasında İranın «Herkules» təyyarəsini raketlə vurublar.

19 mart
1870-ci ildə Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturq Nəriman Nərimanov anadan olub. 
1910 – Səttarxanın rəhbərliyi ilə İranda şah rejiminə qarşı başlanan inqilab (1905-1911) Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra Tehrana doğru yürüş başlanıb.
2004 – Prezident İlham Əliyev Bratislavada (Slovakiya) “Daha geniş Avropaya istiqamət: yeni gündəlik” adlı beynəlxalq konfransda iştirak edib.
2004 – Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni ərazi-inzibati vahid – Kəngərli rayonu təşkil olunub.

20 mart
20 mart Novruzun ilk günüdür. Qədim dövrlərdən bəri xalqımız Novruzu bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmiş və onun gəlişini bayram etmişdir. 
1828 - Çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib.
1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) anadan olub. 
1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı Xızı kəndində doğulub.
1920 - Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında «Sülh və dostluq haqqında» müqavilə imzalanıb.
1930 - Ədəbiyyatşünas alim Məmməd Mahmud oğlu Məmmədov anadan olub.
1930 – Akademik, riyaziyyatçı alim Fərəməz Qəzənfər oğlu Maqsudov anadan olub.
1933 - Şair, publisist Kələntər Şıxkərim oğlu Kələntərli Qusar rayonunun Sudur kəndində doğulub.

21 mart
21 mart Azərbaycanda Novruz bayramının ikinci günüdür.
21 mart - Dünya Poeziya Günüdür (World Poetry Day).
1735 - Səfəvi dövləti ilə Rusiya arasında Gəncə müqaviləsi bağlanıb.
1747 - Təbrizdə və Ərdəbildə III Sam Mirzənin başçılığı altında Nadir şah əleyhinə üsyan başlanıb.
1864 - Xalq Cümhuriyyətinin qurucularından biri, sovetləşmədən sonra Azərbaycanda səhiyyə sisteminin təşkilatçısı olmuş Məmmədrza Vəkilov  anadan olub.
1896 – Məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə, Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.
1898 - Xalq artisti, aktyor İsmayıl Talıbzadə (1898-1967) anadan olub.
1900 - Dilçi alim, filoloq Muxtar Hüseyn oğlu Hüseynzadə anadan olub.
1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub.
1920 - Qarabağda və Gəncəbasarda erməni silahlılarının Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb.
                             
22 mart
1752 - Gürcü çarları - Kartli hakimi Teymuraz və onun oğlu, Kaxeti hakimi II İrakli Şəki xanlığına qarşı ittifaq qurmaq üçün Qarabağ, Naxçıvan, İrəvan və Gəncə xanlarını, Borçalı və Qazax sultanlarını Qızılqaya görüşünə (Gəncə yaxınlığında) dəvət edərək sonradan onları əsir götürüblər.
1895 - Nasir Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-28.1.1938) anadan olub.
1900 - Xalq yazıçısı, ictimai xadim Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) anadan olub.
1909 - Xalq yazıçısı Mehdi Hüseyn (Mehdi Əli oğlu Hüseynov) (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub.
1910 - Şair İsmayıl Məcid oğlu Soltan (1910-1963) anadan olub.
1913 - Xalq artisti, tanınmış aktyor Əlağa Ismayıl oğlu Ağayev anadan olub.
1913 - Dramaturq, yazıçı Məhərrəm Əlizadə anadan olub.
1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq anadan olub.
1913 - Yazıçı Qəhrəman Qəhrəmanzadə anadan olub.
1914 - Xalq artisti, məşhur komediya aktyoru Lütfəli Əmir oğlu Abdullayev  Şəkidə doğulub.
1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı Qazax rayonunun II Şıxlı kəndində anadan olub.
1919 - İlk azərbaycanlı təyyarəçi qadın Züleyxa Həbib qızı Seyidməmmədova  anadan olub.
1925 - Xalq artisti, aktrisa Zəroş Mirzəbağır qızı Həmzəyeva Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub.
1930 - Şair İdris Abbasəli oğlu Zamanlı anadan olub.
1931 – Məşhur şair Əli Kərim anadan olub.
1933 - Xalq artisti, tanınmış xanəndə Rübabə Xəlil qızı Muradova Ərdəbildə doğulub.
1933 - Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Hüseyn oğlu Əliyev anadan olub.
1938 – Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub.
1970 - Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov anadan olub.
2002 - Prezident Heydər Əliyevə "Mətbuatın dostu" mükafatı təqdim edilib. Dövlət başçısı "RUH" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin 2001-ci ilin yekunları üzrə keçirdiyi sorğunun nəticələrinə əsasən bu mükafata layiq görülmüşdü.

23 mart
1914 - Şair Zeynal Xəlil Gəncədə anadan olub.
1915 - Xalq artisti, rəqqas, baletmeyster Əlibaba Əbdül oğlu Abdullayev (1915 - ) anadan olub.
1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov anadan olub.
1920 - Xalq Cümhuriyyətinin koalisiya hökumətində (1919-cu ilin dekabrında qurulmuş 5-ci hökumət) növbəti ixtilaf başlanıb.
1942 – Şair, yazıçı, uşaq üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.
1944 - Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryoqin anadan olub.
1946 – Yazıçı, şair Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub.
1949 - Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzov anadan olub.
1992 - Azərbaycanın Koreya Respublikası, Salvador və Somali dövlətləri ilə diplomatik münasibətləri qurulub.
2000 - Prezident Heydər Əliyevin Gürcüstana səfəri gedişində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tranzit məsələsi ilə bağlı Gürcüstanla yaranmış problem çözülüb.
2004 - Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən "Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb.

24 mart
1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi anadan olub.
1906-cı ildə Bakının küçələri ilk dəfə olaraq elektriklə işıqlandırılıb.
1938 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov anadan olub. 
1988 - Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” qərar qəbul edib.
1990 - Erməni silahlı dəstələri Qazax rayonunun həmsərhəd kəndlərinə hücum ediblər.
1992 - ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib.

25 mart
1897-ci ildə teatrşünas, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qulam Məmmədli Təbrizdə anadan olub. 
1907-ci ildə məşhur Azərbaycan şairi Almas İldırım Bakıda dünyaya gəlib
1921-ci ildə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, dövlət mükafatı laureatı Cahangir Bakının Balaxanı kəndində dünyaya gəlib.
1933-cü ildə tanınmış şair Rüfət Əhməzadə dünyaya gəlib. 
1992 – Ali Sovetin fövqəladə sessiyasında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilib.
1997 – Azərbaycan prezidenti Heydər Əliyevin Ukraynaya rəsmi səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb.
2000 – Milli Məclisdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunduqdan sonra yerinə yetirməli olduğu öhdəliklər sənədi qəbul olunub.

26 mart
 1892-ci il Azərbaycanın görkəmli musiqi xadimi, xalq artisti Əhməd Bakıxanovun xatirə günüdür. 
1893 – Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova (1893-1972) anadan olub.
1902-ci ildə Azərbaycan ifaçılıq sənətinin müqtədir nümayəndələrindən biri, əməkdar artist Yavər Kələntərli.
1910 – Görkəmlı teatr və kino aktyoru, SSRİ-nin xalq artisti Ələsgər Ələkbərov  anadan olmuşdur.
1989 – SSRİ-də alternativlik şəraitində ilk seçkilər keçirilib.
1998 – Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.
2000 – Azərbaycanda 1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə seçkilərinin davamı olaraq təkrar seçkilər keçirilib.
2005 – Yeni Azərbaycan Partiyasının III qurultayında prezident İlham Əliyev təşkilatın yeni sədri seçilib.

27 mart
1917 – Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçilib.
1927 – Dünya şöhrətli musiqiçi, dirijor Mstislav Rostropoviç (1927-2007) Bakıda anadan olmuşdur.
1945 – Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb.
1945-ci ildə görkəmli sənətkar, xalq artisti Səməndər Rzayev doğulub.
1993 – Ermənistan silahlı qüvvələrinin Kəlbəсər rayonuna hücumu başlayıb.
Bir həftə sürən hücum 1993-cü il aprelin 2-də rayonun işğalı ilə nəticələndi.

28 mart
1895-ci ildə görkəmli alim, ədəbiyyatşünas və tərcüməçi Əziz Şərif dünyaya gəlib.
1919-cu ildə Azərbaycan Cumhuriyyətinin Hərbi Nazirliyi tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. 
1924-cü ildə tanınmış şair, tərcüməçi Teymur Elçin anadan olub. 

29 mart
1803 – Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə - Car-Bəlakənə hücum ediblər.
1873-cü ildə şair Mirzəli Möcüz Cənubi Azərbaycanın Şəbüstər şəhərində anadan olub. 
1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov vafat edib.
1959 – Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov Bakıda anadan olub 
1976 – Görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə vəfat edib.
1994 – Milli Məclisdə 1990-cı il 20 Yanvar hadisələri bağlı iki aya yaxın sürən müzakirələr yekunlaşıb.
2001 – Prezident Heydər Əliyev Azərbaycan Respublikasında II Özəlləşdirmə Proqramına əsasən, rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirməsinə dair sənədlər paketini imzalayıb.

30 mart
1918 - Bakıda erməni-daşnak və rus-bolşevik dəstlərinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb.
1920 – Azərbaycan Xalq Cümhuriyyətində növbəti hökumət böhranı yaranıb. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət kabineti istefa verib.
1992 - Azərbaycan Respublikası ilə İraq arasında diplomatik münasibətlər qurulub.
2004 - Milli Məclis Azərbaycan Respublikasında yeni ərazi-inzibati vahidi - Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması barədə qanun qəbul edib.

31 mart
1861 - Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu Şuşada anadan olub.
1918 – Erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. 
1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev  anadan olub.
1992 - Dağlıq Qarabağ ətrafında işğalçı hücumlarını genişləndirən erməni silahlı qüvvələri Füzuli rayonunun Hoğa kəndini işğal ediblər.
2002 - ABŞ Azərbaycan və Ermənistana silah satışına qoyduğu qadağanı ləğv edib.
2006, 31 mart - Sumqayıt şəhərində «Azərbaycan Cekli İcması» İctimai Birliyi (ACİİB) təsis edilmişdir.



Oxunub: 220330



Azərbaycan Televiziyaları
İnternet Radio