Baş səhifə    » TARİXİ GÜNLƏR    » Aprel   

Aprel

  


1 aprel
1911-ci ildə görkəmli tənqidçi, ədəbiyyatşünas, akademik Abbas Zamanov anadan olub.
1916 - Şair Ənvər Əliverdi oğlu Əlibəylinin doğum günüdür.
1953 - Tanınmış yazıçı və jurnalist, ictimai xadim Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 
1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli vəfat edib.
1981 – XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Rəsul Rza vəfat edib.
1992 - Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlər qurulub. Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı.
1994 - Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsə nail olmaq təşəbbüsü ilə Bakıya gəlib.

2 aprel
1870-ci ildə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair Azər Buzovnalı anadan olub. 
1992 - Azərbaycan Respublikası Çin Xalq Respublikası (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb), Danimarka və Yunanıstanla (hər ikisi ülkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) diplomatik münasibətlər qurub.
1993 - Ermənistan silahlı qüvvələri bir həftə (martın 27-dən) sürən genişmiqyaslı hücumdan sonra Kəlbəcər rayonunu işğal ediblər.
1997 - Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komissiyasının sədri Lev Roxlin Rusiyadan Ermənistana gizli silah satışı (1 mlrd. dollar məbləğində) barədə hesabatı açıqlayıb. Hesabat Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurdu. Azərbaycan Ermənistana gizli silah satışı ilə bağlı Rusiyadan izahat istədi, iki ölkənin münasibətləri kəskinləşdi.

3 aprel
628 - Şimali Azərbaycan torpaqları (Albaniya) uğrunda uzun müharibə aparan Sasani və Bizans imperatorluqları arasında sülh bağlanıb.
1839-cu ildə görkəmli ictimai və siyasi xadim Ələkbər Rəfibəyli anadan olub.
1908 - Tanınmış alim, Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov anadan olub.
1916-cı ildə əməkdar müəllim, Azərbaycanın qabaqcıl maarif xadimi Sona Tağıyeva anadan olub 
2001 - ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Azərbaycan-Ermənistan danışıqları öncəsi Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı rəsmi bəyanat yayıb.

4 aprel
1913 - Görkəmli aktyor, xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) anadan olub.
1920 - Xalq artisti, tarzən Hacı Məmmədov (1920-1981) anadan olub.
1935 - Xalq artisti Muxtar Maniyev Bakıda doğulub. 
1992 - Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.
1992 - Azərbaycan Misir Ərəb Respublikası ilə də diplomatik əlaqələr yaradıb.
1997 - Milli Məclis Rusiyanın Ermənistana gizli silah satışı ilə bağlı prezident Boris Yeltsinə, Dövlət Dumasının sədri Gennadi Seleznyova və Federasiya Şurasının sədri Yeqor Stroyevə müraciət edərək məsələyə aydınlıq gətirilməsini tələb edib. 

5 aprel
1909 – Görkəmli bəstəkar Asəf Zeynallı (1909-1932) Şuşada anadan olub.
1993 – Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik əlaqələr qurulub.
2004 – Azərbaycan Çad və Şərqi Timor dövlətləri ilə diplomatik münasibətlər qurub.

6 aprel
1620-ci ildə Səfəvi dövləti ilə Rusiya arasında ticarət əlaqələri yaradılıb. 
1717 - Görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqif  Qazax mahalının Qıraq Salahlı kəndində doğulub.
1920-ci il aprelin 6-da Azərbaycan hökuməti Avropaya və Amerikaya 6 nəfərlik diplomatik nümayəndə heyətinin göndərilməsi barədə qanun layihəsi hazırlayaraq, parlamentin müzakirəsinə verib 
1920-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə silahlı üsyan başlanıb. 
1939 – Tanınmış kinorejissor, xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov anadan olub.
1993 - BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı (Kəlbəcərin işğalından sonra) Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul olunub.
1995 - Azərbaycanla Panama arasında diplomatik münasibətlər qurulub. Panama ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 3-də tanıyıb.

7 aprel
1506-cı ildə Şah İsmayıl Xətai Təbriz kitabxanasını yaradıb. 
1890-cı ildə görkəmli musiqi xadimi, respublikanın əməkdar artisti, tarzən Məmmədxan Bakıxanov anadan olub. 
1906 – Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalınlın birinci sayı çapdan çıxıb.
1912-ci ildə Sovet ittifaqı qəhrəmanı Nəcəfqulu Rəfiyev doğulub. 
1920 – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb.
1930 –  Tanınmış jurnalist Azad Şərif (1930-2009) anadan olub.
1959 –  Xalq yazıçısı Çingiz Abdullayev anadan olub.
1992 – Azərbaycanla İsrail dövləti arasında diplomatik əlaqalər qurulub.
2001 – Ki Vestdə (ABŞ) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında dörd gün sürən danışıqlar nəticəsiz başa çatıb.


8 aprel  
1872-ci ildə şair Hacı Kərim Sanılı doğulub.                   
1905-ci ildə şair, ədəbiyyatşünas və tərcüməçi Cəfər Rəmzi anadan olub
1929 - VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər - dairələr yaranıb. 
1992 - Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarında və Ermənistanla sərhəd bölgələrdə birbaşa prezident üsul-idarəsi tətbiq edilib.
2000 - Bakıda türkdilli dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib. 
2000-ci ildə Bakıda «Kitabi Dədə Qrqud» dastanının1300 illik yubileyi böyük təntənə ilə qeyd edilib. 
2003 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin çəkilişinə başlanılıb.

9 aprel
1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani Şirvani (1126-1199) Şamaxıda anadan olub.
1918 – Zaqafqaziya Seyminin heyəti Türkiyə (Osmanlı) dövləti ilə Trabzonda aparılan danışıqlarda Brest-Litovsk müqaviləsinin (Bolşevik Rusiyasının I Dünya müharibəsindən çıxmaq barədə Almaniya ilə imzaladığı separat müqavilə.
1905-ci ildə şair, ədəbiyyatşünas və tərcüməçi Cəfər Rəmzi anadan olub.
1920 - Erməni silahlı dəstələri daşnak Dronun komandanlığı altında Qazax bölgəsində (Əskipara, Fərəhli, Bağanıs Ayrım və digər kəndlərdə) azərbaycanlı əhaliyə qarşı qırğınlar törədiblər.
1946 – cı ildə tanınmış kinoaktyor və rejissor Ceyhun Mirzəyev Ağdamın Abdalgülablı kəndində anadan olub.
1994 - Ermənistan silahlı qüvvələri Goranboy, Ağdam və Ağdərə istiqamətində növbəti hücuma başlayıblar.
2000-ci ildə Bakıda «Kitabi Dədə Qrqud» dastanının1300 illik yubileyi böyük təntənə ilə qeyd edilib. 
2001 - Amerikanın Ki Vest (Florida) Qarabağ üzrə danışıqlar başa çatdıqdan sonra Vaşinqtona gələn Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ prezidenti Corc Buşla ayrı-ayrılıqda görüşüblər.
1997 – Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.
2009 – Prezident İlham Əliyev 10 aprelin Azərbaycan Respublikasında “İnşaatçılar Günü” peşə bayramı təsis edilməsi barədə sərəncam imzalayıb.

10 aprel
1470-ci ildə dahi Azərbaycan rəssamı, dünya incəsənətinin klassiki Sultan Məhəmməd Nizaməddin dünyaya gəlib. 
1840-cı ildə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Balakən, Yelizavetpol, Naxçıvan, Talış, Şəki və Şirvan qəzaları yaradılıb.
1906-cı ildə tanınmış Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Abbasqulu Abbaszadə Təbrizdə anadan olub. 
1918 – Zaqafqaziya Seyminin heyəti Türkiyə (Osmanlı) dövləti ilə Trabzonda aparılan danışıqlarda Brest-Litovsk müqaviləsinin (Bolşevik Rusiyasının I Dünya müharibəsindən çıxmaq barədə Almaniya ilə imzaladığı separat müqavilə.
1923-cü ildə tanınmış yazıçı Salam Qədirzadə anadan olub. 
1997 – Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.
1998-ci «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilib. 
2009 – Prezident İlham Əliyev 10 aprelin Azərbaycan Respublikasında “İnşaatçılar Günü” peşə bayramı təsis edilməsi barədə sərəncam imzalayıb.

11 aprel
1635 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını geri alıblar.
1840 – Çar I Nikolay «Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar haqqında» qanun imzalayıb.
1889-cu ildə tanınmış Azərbaycan yazıçısı və publisisti Tağı Şahbazi anadan olub. 
1907-ci ildə Həştərxanda Azərbaycan dilində «Həmiyyət» adlı həftəlik ictimai-siyasi qəzetin ilk nömrəsi çapdan çıxıb.
1908-ci ildə görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, akademik Musa Əliyev anadan olub. 
2002 – Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

12 aprel
1803 – Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərtləri və «Andlı öhdəlik haqqında» saziş imzalanıb.
1889 – Xalq artisti, məşhur xanəndə Seyid Şuşinski (1889-1965) anadan olub.
1903 – Azərbaycan mətbuatının, ictimai-siyasi fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb.
1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (1907-1982) anadan olub.
1914-cü ildə Bakıda Azərbaycan dilində «Bəsirət» adlı həftəlik  siyasi, ictimai, iqtisadi və ədəbi qəzet nəşrə başlayıb. 
1995 – Türkiyə baş naziri Tansu Çillərin Bakıya səfəri gedişində Azərbaycanın “Əsrin müqaviləsi”ndəki payından 5 faizin Türkiyəyə (TPAO şirkəti) verilməsi barədə saziş imzalanıb.

13 aprel
1918 – Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib. 
1993 – ABŞ Dövlət Departamenti ilk gəfə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vaşinqtonun rəsmi mövqeyini açıqlayıb.
1994 – Erməni terrorçuları Azərbaycana qarşı daha bir qanlı aksiya həyata keçiriblər.
2004 – Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib.

14 aprel
1870 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov (1870-1925) anadan olub.
1907 –  Xalq artisti Fatma Qədri (1907-1968) anadan olub.
1919 – Nəsib bəy Usubbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib.
1929-cu ildə tanınmış şair, əməkdar incəsənət xadimi, Tofiq Mütəllibov doğulub. 
1952-ci ildə telejurnalist Alı Mustafayev anadan olub. 
1993 – Böyük Britaniya, Pakistan və Misir adından erməni qüvvələrinin Kəlbəcərin işğalını pisləyən və Qarabağdakı müharibəni dayandırmağa çağıran bəyanatı yayılıb.

15 aprel
1395 - Terek çayının sahilində (Dağıstan) əmir Teymurun qoşunları ilə Qızıl Orda hökmdarı Toxtamışın qoşunları arasında döyüş birincinin qələbəsi ilə başa çatıb.
1905 - Memar, memarlıq tarixçisi Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub.
1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov anadan olub.
1917 - Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi.
1920 - Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski XI rus ordusunun Azərbaycan sərhədləri yaxınlığında (Dərbənd) toplanmasına aydınlıq gətirilməsi tələbi ilə Rusiya XİN başçısı Çiçerinə nota göndərib.
1928 - Cənubi Azərbayan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd, 1928-1979) Marağa şəhərində doğulub.
1993 - Azərbaycanın ABŞ-dakı səfirliyi fəaliyyətə başlayıb. Səfir Hafiz Paşayev diplomatik etimadnaməsini pezident Bill Klintona təqdim edib.

16 aprel
1906 - "Dəbistan" maarifçi jurnalı Bakıda nəşrə başlayıb.
1910-cu ildə Sovet İttifaqı qəhramanı Həbibulla Hüseynov dünyaya gəlib. 
1992 - Azərbaycanla Monqolustan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 20-də tanımışdı) arasında diplomatik münasibətlər qurulub.
1993 - Kəlbəcər rayonunun erməni qüvvələri tərəfindən işğalı ilə bağlı respublikada hərbi və ictimai-siyasi vəziyyət gərginləşib.
2003 - İstanbuldakı yunan-pravoslav kilsəsinin (Bizans dövründə dünya pravoslavlığının mərkəzi) rəhbəri, patriarx I Varfolomey Azərbaycana səfərə gəlib.
2004 - Praqada (Çexiya) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

17 aprel
1884 –  Bəstəkar Zülfüqar Hacıbəyov (1884-1950) anadan olub.
1899 – Məşhur türkoloq, şərqşünas alim Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə anadan olub.
1928 – SSRİ xalq artisti Lütfiyar İmanov (1928-2008) anadan olub.
1938 – Dövlət xadimi, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev Bakıda anadan olub.
1994 – Erməmistan-Azərbaycan cəbhəsində yaranmış kritik vəziyyətlə bağlı prezident Heydər Əliyevin sədrliyi fövqəladə ümumrespublika müşavirəsi keçirilib.
1999 – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəməri istismara verilib.
1894-cü ildə tibb elmləri doktoru, professor Adilə Şahtaxtinskaya dünyaya gəlib. 

18 aprel
1870-ci ildə xanəndə, muğam sənətinin görkəmli ifaçılarından biri Məcid Behbudov Şuşada dünyaya gəlib. 
1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət  Məmmədova Tiflisdə anadan olub.
1923-cü ildə Bibiheybətdəki «Sevinc buxtası»nda ilk 6 quyu fontan vurub.
1991 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram vəfat edib.
2001 – Prezident Heydər Əliyev dövlət idarəçiliyində struktur islahatları ilə bağlı sərəncamlar imzalayıb.
2003 – Prezident Heydər Əliyev ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonla görüşdə  bəyan edib ki, Azərbaycan gələcəkdə Şimali Atlantika Alyansına üzv olmaq niyyətindədir.

19 aprel
1907 – Xalq artisti, bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli anadan olub.
1905 – Məşhur memar Mikayıl Hüseynov (1905-1992) Bakıda anadan olub.
1991 – Bakı şəhərində 1990-cı ilin 20 yanvarından qüvvədə olan qadağan (komendant) saatı rejimi ləğv edilib.
1995 – "Gülüstan" Sarayında Azərbaycanın “Əsrin müqaviləsi”ndəki (20 sentyabr 1994, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə) payından 5 faizin ABŞ-ın "Ekson" şirkətinə verilməsi haqqında sənədlər imzalanıb.

20 aprel
1827 - İranla müharibə (1826-1828) gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları Araz çayı üzərindəki Xudəfərin körpüsünü (Cəbrayıl rayonu ərazisində) tutublar.
1885 - Tanınmış pediatr, Azərbaycan səhiyyə sistemində mühüm xidmətləri olmuş professor Əbülfəz Qarayev (1885-1952) anadan olub.
1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-1980) anadan olub.
1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.
1907 - Xalq şairi Məmməd Rahim (1907 - 6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında" poemalarının müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.03.2004) anadan olub.
1920 - Yazıçı-dramaturq, uşaqlar üçün çoxsaylı əsərlər müəllifi Xanımana Sabir qızı Əlibəyli (1920 - 2007) anadan olub.
1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926- 2006) anadan olub.
1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub.
1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu (31.3.1861 - 1944) vəfat edib.
1991 - Ali Sovetin deputatları, tanınmış alimlər Aydın Məmmədov və Dilarə Əliyeva seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində avtomobil qəzasında həlak olublar.
1992 - Azərbaycanla Estoniya arasında diplomatik əlaqələr yaradılıb.
1997 - Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd olunması haqqında fərman imzalayıb. 
2004 - Azərbaycanla Paraqvay arasında diplomatik münasibətlər qurulub.

21 aprel
1408 - Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib, Miranşah özü isə öldürülüb.
1709-cu ildə 18-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Molla Vəli Vidadi doğulub.
1841-ci ildə məşhur sahibkar, neft sənayeçisi və ictimai xadim Şəmsi Əsədullayev doğulub. 
1915-ci ildə Bakıda «Babayi - Əmir» həftəlik satirik jurnalının ilk nömrəsi çapdan çıxıb  
1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova Bakıda doğulub.
1978 - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib.
1995 - ATƏT-in Minsk qrupunda həmsədr İsveçi Finlandiya əvəz edib.

22 aprel
1831 - Talış (Lənkəran) xanlığı ərazisində çar Rusiyası müstəmləkəçiliyi əleyhinə üsyan məğlub olub.
1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb.
1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Qərbi Azərbaycanda, indiki Ermənistanın Sisyan rayonunun Comərdli kəndində anadan olub.
1918 - Zaqafaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər.
1920 – Azərbaycan Xalq Cümhuriyyətinin sayca altıncı hökumət kabinetinin təşkili iflasa uğrayıb.
1940 - Folklorşünas, tənqidçi, publisist Çərkəz Əli oğlu Quliyev anadan olub.
1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluç Təbrizdə anadan olub. 
1996 - Prezident Heydər Əliyevin Brüsselə səfəri gedişində Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.

23 aprel
1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Əliağa Şixlinski (1865-1943) Qazax qəzasınn Qazaxlı kəndində anadan olub.
1918-ci ildə Ermənilər Qubada müsəlman əhalisinə qarşı terror törədiblər. 
1932 - Azərbaycan Yazıçılar İttifaqı yaradılıb.
1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub.
1996 - Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.
2002 - Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının ilk sammiti işə başlayıb.
2007 - Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib.

24 aprel
1866 - Mədəniyyət və maarif xadimi, yazıçı-publisist Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub.
1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub.
1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb.
1902 - Xalq artisti İsmayıl Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub.
1909-ci ildə şair Abdulla Faruq doğulub.
1968-ci ildə dünya şöhrətli müğənni Rəşid Behbudovun təşəbbüsü ilə Bakıda mahnı teatrı yaradılıb. 
1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər.

25 aprel
1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib.
1905 – Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub.
1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.
1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyеv (1914-25.11.1994) Şəkidə anadan оlub.
1918 - Bakıda hakimiyyəti ələ almış “Bakı Soveti”nin hökuməti - Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilı düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi.
1919 - Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb.
1925 - Nasir Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 –1994) anadan olub.
1957 – Xalq artisti, tanınmış kinoaktrisa Həmidə Ömərova anadan olub.
1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub.
1999 - Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Özbəkistan prezidentlərinin görüşü keçirilib, Özbəkistan GUAM əməkdaşlıq qrupuna qəbul olunub.

27 aprel
1906 - Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti - I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular.
1920 - Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub.
1940 - Ədəbiyyatşünas alim Bəhlul Ağabala oğlu Abdullayev (Bəhlul Abdulla) anadan olub.
1943-cü ildə tanınmış tərcüməçi və jurnalist, «Qızıl qələm» mükafatı laureatı Natiq Səfərov anadan olub. 
1951 – Tanınmış kamança ifaçısı, əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
1992 - Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr qurulub.
2001, 26-27 aprel - İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
2007 – Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı – 2007, Moskva) vəfat edib.
87 il əvvəl – 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının 11-ci Ordusu Azərbaycan ərazisinə daxil olub. 

29 aprel
1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
1918 - Erməni-daşnak quldur dəstələri Gümrü (o vaxtkı Aleksandropol) şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı kütləvi qətliam həyata keçiriblər.
1919 – Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub.
1992 - Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub.
1993 - İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hərbi təcavüzünü və Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib.
2002 - Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə təhlükəsizlik məsələlərinə həsr olunmuş zirvə görüşü keçirilib.
2004 - Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edib.

30 aprel
1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun «Koroğlu» operasının ilk tamaşası olub. 
1993 - BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı 822 nömrəli qətnamə qəbul edib.           
2009- Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi



Oxunub: 171429



Azərbaycan Televiziyaları
İnternet Radio