Baş səhifə    » AVROVİZİYA    » Avroviziya-2012    » Azərbaycan-Avroviziya-2012   

Azərbaycan-Avroviziya-2012

  


Azərbaycanın “Avroviziya” mahnı yarışmasında dördüncü dəfə iştirak etməyinə baxmayaraq ifaçıların musiqi potensialı Avropaya Azərbaycanın zəngin musiqi diyarı olmasını sübut etdi. Beləliklə, yarışmanın qaydalarına görə, “Avroviziya  2012” 57-ci Mahnı Müsabiqəsi gələn il Azərbaycanda - paytaxt Bakı şəhərində keçiriləcək. 
Artıq ”Avroviziya" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi ölkənin “Avroviziya” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbərinə təqdim etmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avroviziya 2012” müsabiqəsi haqqında iki sərəncam imzalamışdır:

Azərbaycan Respublikasının Prezidentinin “Avroviziya 2012″ mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa edilsin.
2. Kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 
3.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etsin;
3.2. Kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görsün;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2011-ci il.


"Avroviziya -2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə bu ilki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatmışdır. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci ilin may ayında Bakı şəhərində "Avroviziya-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2012-ci ilin may ayında Bakı şəhərində "Avroviziya -2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva -YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov -Azərbaycan Respublikasının Xarici Işlər Naziri
Ramil Usubov -Azərbaycan Respublikasının Daxili Işlər Naziri
Şahin Mustafayev -Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Naziri
Əbülfəs Qarayev -Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri
Əli Abbasov -Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Naziri
Azad Rəhimov -Azərbaycan Respublikasının Gənclər və Idman Naziri
Hacıbala Abutalıbov -Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Cahangir Əsgərov -"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev -"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Baba Rzayev -"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin sədri
İsmayıl Ömərov -Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru
Əli Əsədov -Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi
Fatma Abdullazadə -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
2. Təşkilat Komitəsi "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2011-ci il



Oxunub: 225152



Azərbaycan Televiziyaları
İnternet Radio