Baş səhifə    » YALNIZ BİZDƏ    » Azərbaycanın və azərbaycanlıların rekordları   

Azərbaycanın və azərbaycanlıların rekordları

  


Dünyada insanlar tərəfindən həyata keçirilən və yaxud təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məşhur Ginnesin Rekordlar Kitabında Azərbaycan və azərbaycanlılarla bağlı rekordlar da qeydə alınmışdır. Həmin rekordları diqqətinizə çatdırırırq:
1. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfər isə xəsarət almışdır. Bu qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. 
2. Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. 
3. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən azyaşlı qalibdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir. 
4. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.
5. Cənubi azərbaycanlı Hüseyn Rezazadə «Ginnesin Rekordlar Kitabına» planetimizin ən güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran həmyerlimiz 2004-cü ildə 263.5 kq. ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyibdir. 
6. Gürcüstanın azərbaycanlı sakini Etibar Elçiyev xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. O, İtaliyada rekordunu təkrarlayaraq bədənində eyni vaxtda 50 qaşıq saxlayıb. 



Oxunub: 177100