Baş səhifə    » AVROVİZİYA    » “Avroviziya 2012” müsabiqəsinə qatılanlar üçün vizaların verilməsi   

“Avroviziya 2012” müsabiqəsinə qatılanlar üçün vizaların verilməsi

  


“Avroviziya 2012” mahnı müsabiqəsinə gələn xaricilərə və vətəndaşlığı olmayan şəxslərə sadələşdirilmiş şərtlərlə vizaların verilməsi aprelin 15-dən başlanıb. Müsabiqədə iştirak edən ölkələrin vətəndaşları və bu ölkələrdə daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin ölkənin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza veriləcək.
Vizanın verilməsi üçün əsas “Avroviziya 2012” mahnı müsabiqəsinin təşkilat komitəsindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd və ya “Avroviziya 2012” mahnı müsabiqəsinin konsertlərinə bilet, yaxud biletin əldə olunmasını təsdiq edən sənəddir.

“Avroviziya 2012”nin təşkilat komitəsindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslərə, eyni zamanda Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvlərinə vizalar 2012-ci il aprelin 15-dən iyunun 1-dək, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlərə və fan-klubun üzvlərinə, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslərə 2012-ci il mayın 10-dan iyunun 1-dək veriləcək.



Oxunub: 273204



Azərbaycan Televiziyaları
İnternet Radio