Baş səhifə    » PAYTAXT    » Bakı    » Heydər Əliyev Mərkəzi   

Heydər Əliyev Mərkəzi

  


Heydər Əliyev Mərkəzi Bakıda tikilən müasir mədəniyyət mərkəzidir. Dünya arxitekturasının nadir incilərindən olan mərkəzin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınmışdır. Memarı Böyük Britaniyadan olan dünya şöhrətli memar Zaha Hadiddir.
Kompleks Heydər Əliyev prospektində yerləşir. Tikintisinə 2007-ci ildə başlanılmışdır. Memarlıq abidəsi 10 may 2012-ci ildə tikilib təhvil verilmişdir.
Mərkəzin ümumi sahəsi 15,25 hektardır. Onun 2 hektarını əsas bina və digər tikililər, 13,25 hektarı landşaft ərazisi olacaq. Heydər Əliyev mərkəzi bir məkanda yerləşən və bir-biri ilə bağlı olan üç əsas strukturdan ibarət olacaq.
Kompleksin ümumi mərkəzi 57 min kvadrat kilometrdir. Struktura muzey, 10.854 kvadrat metr sahəsi olan mədəni irs mərkəzi, 985 nəfərlik konfrans zalı, 27.880 kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media mərkəzi daxildir. Ümumi istifadə ediləcək sahə 6.039 kvadrat metr təşkil edir.



Oxunub: 507488



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on