Baş səhifə    » Cahangir bəy Novruzov    »   

Cahangir bəy Novruzov

  


Cahangir bəy Yusif oğlu Novruzov - (1894-1958)

Bakıda hərbiçi ailəsində anadan olmuşdur. 1920-ci ilin aprelində süvari alayının komandiri olan kapitan Cahangir bəy Novruzov istilaçı rus ordusuna qarşı inamlı döyüşlər aparmış, vəziyyətin ağırlığından Vətəni tərk edərək İrana keçmişdir. Az müddət orada qaldıqdan sonra süvari alayı ilə Ərzuruma keçərək Kazım Qarabəkir Paşanın ordusu ilə birləşmişdir. 1921-ci ildə Bənliəhməd yaxınlığında daşnaklara qarşı qaldırdığı Berna meydan müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş, düşmən təyyarələrini dəqiq top atəşilə susdurmuşdur. Məhz bu döyüşlərdəki qəhrəmanlığına görə türk komandanlığının və türk paşalarının hörmət, ehtiramını qazanmışdır.
Döyüşlərdə dəyanətlə cəsur ər kimi vuruşduğuna görə türk komandanlığı ona "Bərkər"- yəni bərk ər, igid, döyüşkən ər təxəllüsünü vermişdir. Sonralar Şeyx Said və Ağrı hərbi yürüşlərində uğurlu döyüşlər aparan mayor Cahangir bəy Novruzov 1928-ci ildə təhsilini artırmaq üçün Hərbi məktəbə daxil olmuşdur.
1929-ci ildə Topçular məktəbini müvəffəqiyyətlə bitirən Cahangir bəy polkovnik rütbəsi ilə təltif edilir. Kutahiyadakı topçu ayının komandiri olarkən hərb sahəsində qazandığı nailiyyətlərinə görə 1948-ci il avqustun 30-da general-mayor fəxri rütbəsinə layiq görülür. İzmir istehkamlaşdırılmış rayonun və arxa cəbhə komandiri vəzifəsində çalışan Cahangir bəy Novruzov 1953-cü ildə yaşına görə istefaya çıxmışdır. O, ömrünün axırınadək Boronovada tikdirdiyi təm-təraqsız, sadə bir evdə yaşamış, 1958-ci il iyunun 17- də ürək xəstəliyindən vəfat etmişdir.




Oxunub: 586486



Azərbaycan Televiziyaları
İnternet Radio