Baş səhifə    » Əsəd bəy Talışxanov    »   

Əsəd bəy Talışxanov

  

Əsəd bəy Talışxanov (1857-1919)  - general-mayor
Əsəd bəy Talışxanov  Lənkəranda açılan müsəlman məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtın ən yaxşı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxumuşdur. Əsəd bəy 26 yaşında Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirmişdir. 1878-ci ildə Qafqaz Əlahiddə Ordusuna göndərilən Əsəd bəy Talışxanov praporşik rütbəsində əlli ikinci briqadada xidmətə başlamışdır. 
Əsədbəy Talışxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il aprelin iyirmi ikisində general-mayor rütbəsi ilə təltif olunmuşdur. O, həmin il iyulun iyirmi beşində Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdur. General-mayor Əsədbəy Talışxanov 1919-cu ildə Dağıstanın Teymurxan-Şura (indiki Buynaksk) şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.



Oxunub: 553184