Baş səhifə    » Fərəc bəy Ağayev    »   

Fərəc bəy Ağayev

  

Fərəc bəy Ağayev – (1811-1891) - general-leytenant
Fərəc bəy Ağayev ilk hərbi təhsilini Tiflis kadet korpusundaaldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilmişdir. Peterburqda o, I Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri vəzifəsinə təyin olunur. 
Fərəc bəy Ağayev xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.
1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə (Krım müharibəsində) Fərəc bəy Ağayev general-mayor kimi fəxri rütbəyə layiq görülmüşdür. Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxmışdır.



Oxunub: 589190