Baş səhifə    » Həbib bəy Səlimov    »   

Həbib bəy Səlimov

  


Həbib bəy Hacı Yusif oğlu  Səlimov (1881-1920) – general -mayor
Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunub, 1920-ci ilin martında "Əsgəran müharibəsi" adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır.
1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdir.
H.Səlimovun milli Azərbaycan Ordusunun formalaşdırılmasında da böyük tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə bu korpusun qərargah rəisi təyin edilmişdi.
1920-ci ildə Həbib bəy Hacı Yusif oğlu Səlimov bolşeviklər tərəfindən güllələnmişdir.




Oxunub: 141110



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on