Baş səhifə    » Həsən ağa Bakıxanov    »   

Həsən ağa Bakıxanov

  


Həsən ağa Bakıxanov (1834-?) – general-mayor
On dörd yaşında Tiflis kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna daxil olmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunmuşdur. Bir müddət İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə Həsən ağa Bakıxanov həmin ölkənin ən ali ordeni olan "Şire-Xorşid" ordeninə layiq görülmüşdür. 1856-cı ildə Həsən ağa, əmisi Abbasqulu ağa Bakıxanovun qızı Bikəxanımla ailə qurmuşdur. 1880-cı ildə isə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa Bakıxanov ömrünün axırınadək Qubada yaşamışdır.



Oxunub: 566984



Azərbaycan Televiziyaları
İnternet Radio