Baş səhifə    » Hüseyn xan Naxçıvanski    »   

Hüseyn xan Naxçıvanski

  


Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski (1863-1919)- süvari qoşunu general-leytenantı

Hüseyn xan on beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir.
Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvaniyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir.
Birinci dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə gorə 1916-cı ildə Naxçıvaniyə tam süvari qoşunu generalı rütbəsi verilmişdir. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Rusiyada Fevral İnqilabından (1917) sonra hərbi işdən uzaqlaşmışdır.
1919-cu ildə 56 yaçında Petroqrada vəfat etmişdir. Qəbri Sankt-Peterburqdakı Aleksandr Nevski monastrının qəbiristanlığındadır. Görkəmli Azərbaycan generalının bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir.




Oxunub: 399107



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on