Baş səhifə    » İbrahim bəy Aslanbəyov    »   

İbrahim bəy Aslanbəyov

  


İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov (1822-1900)— vitse-admiral

İbrahim bəy Aslanbəyov üç il Peterburqdakı dənizçilik məktəbində tərbiyə almış, 1837-ci ildə oranı adı Qırmızı lövhəyə yazılmaqla bitirmişdir. Baltik dənizində "Aleksandr Nevski" və "Prozerqin" hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il "İmperator I Pyotr" sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.
1887-ci ilin sentyabrın 22-də hərbi-dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilmişdir. Bu ali rütbədən sonra Baltik Donanması üzrə flaqman vəzifəsinə təyin olunmuşdur.
Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək ordenləri ilə təltif olunmuşdur.
1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və birillik məvacibi həcmində pul mükafatı ayrılmışdır.
Əsaslı mənbələrdən göstərilən məlumatların bəzilərində deyilir :
- Aslanbəyov yarımadası, Oxot dənizi, Saxalin adası, 1882-ci ildə ekipaj tərəfindən kəşf edilib və Sakit Okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun soyadı ila adlandırılıb. Soyadları xəritə üzərində hərf səhvilə yazılıb."
- Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və xəritəyə ekipaj, kliper Plastun kimi yazılıb. Elə həmin vaxtda da Aslanbəyov soyadı ilə adlandırılıb.



Oxunub: 544565



Azərbaycan Televiziyaları
İnternet Radio