Baş səhifə    » İsrafil bəy Yadigarov    »   

İsrafil bəy Yadigarov

  


İsrafil bəy Yadigarov (1815-1884)- general-leytenant

İlk təhsilini Tiflisdə şəxsi gimnaziyada alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib.
Nizami orduda əla xidmətlərinə görə 1866-cı il noyabrın 8-də İsrafil bəy Yadigarova general-mayor rütbəsi verilir. 1877-ci il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində Qafqaz-Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin süvari korpusu İqdır, Sərdarabad, Arpaçay, Kürəkdərə və Qarsuğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib.
Nizami orduda əlli illik xidmətlərinə görə İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də general-leytenant rütbəsi alıb. Həmin il istefaya çıxıb, ona aldığı maaş saxlanılmaqla ömrünün axırına kimi general formasını gəzdirmək hüququ da verilib. 




Oxunub: 597970



Azərbaycan Televiziyaları
İnternet Radio