Baş səhifə    » Mirkazım bəy Talışxanov    »   

Mirkazım bəy Talışxanov

  


Mirkazım bəy Talışxanov (1854-1938) – general-mayor
Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilib. 1884-cü ildə Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanov ştabs-kapitan rütbəsi alıb. 1891-ci ilə qədər yunkerlər məktəbində müəllim işləyən Talışxanov həmin il vaxtilə xidmət etdiyi qrenadyor Minqrel alayının on üçüncü rotasının komandiri təyin olunub. Podpolkovnik Mirkazım bəyin rotası səhra məşqlərində həmişə fərqləndiyinə görə onun xidmət yerini tez-tez dəyişmişlər. 899-cu ildə podpolkovnik Mirkazım bəy Talışxanov 119-cu Kolomensk piyada alayına, bir il sonra isə səksən ikinci Dağıstan alayına, 1904-cü ildə iki yüz altıncı Larqo-Kaqul ehtiyat piyada alayına, bir neçə aydan sonra isə əlli beşinci piyada batalyonuna komandan təyin olunub. Orduda uzun illər qüsursuz xidmətinə görə 1914-cü ildə Mirkazım bəy Talışxanov general-mayor rütbəsinə layiq görülüb.




Oxunub: 598635



Azərbaycan Televiziyaları
İnternet Radio