Baş səhifə    » TARİXİ GÜNLƏR    » İyun   

İyun

  

1. iyun
Bu gün bütün dünyada Uşaqları Beynəlxalq müdafiə günü qeyd olunur.
1907-ci ildə görkəmli dilçi-alim, professor  Səlim Cəfərov anadan olub. 
1920 - Azərbaycanda teatrların milliləşdirilməsi haqqında dekret verilib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov anadan olub.
1940-Məşhur pambıq ustası, Azərbaycanda ilk qadın mexanizator, Sosialist Əməyi Qəhramanı Sevil Qazıyeva anadan olub
1992 - Roma şəhərində ATƏM-in (1995-ci ildən ATƏT) himayəsi altında Qarabağ nizamlanması üzrə ilk danışıqlar başlanıb. 
1992 - Azərbaycanla Lüksemburq (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1997 - ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistana kompleks plan təklif etdilər.

2. iyun
1918-Ölkəmizdə ilk dəfə olaraq neft sənayesi milliləşdirilib. 
1931- Xalq artisti, müğənni Mobil Əhmədov  anadan olub. 
1938 - Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı.
1957 - Xalq artisti, tanınmış müğənni Şahnaz Həsən qızı Haşımova doğulub.
1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə vəfat edib.
1989 - Ermənistan rəhbərliyi respublika ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyni etiraf edib. 
1993 - Azərbaycan dəmir yolunda ermənilərin növbəti təxribatı həyata keçirilib.
2008 - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.

3. iyun
829 - Babək Xürrəminin qoşunları Həşdadsər dağında baş verən döyüşdə ərəblərin ordusu üzərində qələbə çalıb.
1920 - Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. 
1920-Görkəmli Azərbaycan alimi, filosof, akademik Firudin Köçərli anadan olub. 
1957 - Yazıçı Afaq Məsud Bakıda anadan olub. “İzdiham”, “Azadlıq”, “Dəfn”, “II İohann”, “Fatma” və s. romanların, “O məni sevir”, “Qatarın altına atılan qadın” və s. pyeslərin müəllifidir.
1996 - Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya prezidentləri H.Əliyev, E.Şevardnadze, L-T.Petrosyan və B.Yeltsin Kislovodsk şəhərində "Qafqaz millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda bəyannamə” imzalayıblar.
2006 - Ceyhan limanındakı Heydər Əliyev adına terminaldan Azərbaycan nefti yüklənmiş ilk tanker («The British Hawtharne») yola salınıb.

4. iyun
1869- “Molla nəsrəddinçi” şair Bayraməli Abbaszadə Cənubi Azərbaycanın Sərab şəhərində doğulub.
1918 - Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb.
1926 – Görkəmli xanəndə, "Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı Fatma Mehrəliyeva (1926-2000) Qubada anadan olub.
1926- Azərbaycan idmanının görkəmli simalarından biri, əməkdar məşqçi Şamil Şamxalov anadan olub. 
1953 -Tanınmış alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizka- riyaziyyat elimləri doktoru Zöhrab Vəliyev anadan olub.
1993 - Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.
2004 - Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib.
2006 - Buxarestdə (Rumıniya) keçirilən "Qara dəniz dialoq və tərəfdaşlıq forumu" sammitində Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamalanmasına dair növbəti danışıqlar olub.
1993 - Gəncə qiyamı

5. iyun
Bu gün bütün dünyada ətraf mühitin mühafizəsi günü qeyd edilir. 
Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 101-ci ildönümüdür. 
1866-Yazıçı və publisist Eynəli bəy Sultanov anadan olub. 
1941-Görkəmli səhnə xadimi, dövlət mükafatı laureatı Hamlet Xanızadə dünyaya gəlib. 

6. iyun
1855 - Şair Əbdülxalıq Cənnəti Bakıda anadan olub.
1920 - Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb.
1925- Respublikanın xalq artisti Zəroş Həmzəyeva anadan olub.
1951 - Məşhur müğənni, Xalq artisti Xuraman Qasımova anadan olub. 
2001 - Prezident Heydər Əliyev GUÖAM dövlət başçılarının Yalta sammitində təşkilatın statusunu və strukturlarını müəyyən edən “Yalta Xartiyası”nı imzalayıb. 
2008 - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qarabağ nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşib.

7. iyun
1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva Tiflisdə anadan olub.
1905-Gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi  «Həyat» qəzetinin ilk nömrəsi «Kaspi»  mətbəəsində Azərbaycan dilində nəşr edilib. 
1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. 
1926-Tibb elmləri doktoru, professor, Azərbaycanın əməkdar həkimi Nazim Əfəndiyev doğulub. 
1946 – Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub.
1992 - Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib və AXC-nin sədri Əbülfəz Əliyevin (Elçibəyin) Respublika Prezidenti seçilib.
1993 - Gəncədə baş vermiş faciəli olaylarla bağlı Prezident Aparatında dövlət və hökumət qurumları rəhbərlərinin geniş müşavirəsi keçirilib.

8. iyun
1800-Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur el sənətkarı Aşıq Alı Göyçədə dünyaya gəlib. 
1908-Azərbaycan dilində ictimai – siyasi, iqtisadi, ədəbi «Tərəqqi» qəzetinin ilk nömrəsi çapdan çıxıb.

9. iyun
1488 - Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub.
1887-XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Seyid Hüseyn doğulub. 
1930-Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Telman Hacıyev anadan olub. 
1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov vəfat edib.
1992 - Azərbaycan Pakistan İslam Respublikası və Türkmənistanla diplomatik münasibətlər qurub.
1993 - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib.
1993 - Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.
1998 - Prezident Heydər Əliyev Qazaxıstanın yeni paytaxtı Astanada türkdilli dövlət başçılarının 5-ci zirvə toplantısında iştirak edib.
2002 – Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəlinin açılışı olub.
2007 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən danışıqlarda irəliləyiş əldə olunmayıb.

10. iyun
1854-Xalq qəhrəmanı Qaçaq Nəbi doğulub. 
1904-Görkəmli ədəbiyyatşünas, əməkdar elm xadimi, akademik Məmməd Arif anadan olub.  
1906- Azərbaycanın xalq şairi Süleyman Rüstəm  dünyaya gəlib. 
1907-Görkəmli bəstəkar, xalq artisti, Dövlət Mükafatı laureatı Səid Rüstəmov dünyaya gəlib. 
1918 – Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti”nin qoşunları Gəncə istiqamətində yürüşə başlayıb.
1929- Azərbaycanın tanınmış kimyaçılarından Əlihüseyn Quliyev anadan olub. 
1931-Xalq rəssami, heykəlyəraş Elcan Şamilov anadan olub. 
1993 - NATO-ya üzv və tərəfdaş ölkələrin məşvərət qurumu olan Şimali Atlantika Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini (30 aprel 1993) dəstəkləyən bəyanat qəbul edib.
2000 - Prezident Heydər Əliyev Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının sammitində iştirak edib.

11. iyun
1913-Görkəmli səhnə xadimi, SSRİ xalq artisti Hökumə Qurbanova Bakıda doğulub. 
1924-Tanınmış tarixçi və şərqşünas, akademik İqrar Əliyev anadan olub. 
1947-ci ildə Cənubi Azərbaycan İnqilabi hərəkatının görkəmli xadimi, Azərbaycan Demokrat firqəsinin yaradıcısı, publisist Seyid Cəfər Pişəvəri müəmmalı avtomobil qəzasında həlak olub. 
1993-Azərbaycanla Belarus Respublikası arasında diplomatik münasibətlər yaradılıb. 

12. iyun
1806 - Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahim xan Cavanşir ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib.
1830 - Balakəndə rus işğalına qarşı yeni üsyan başlanıb.
1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) anadan olub.
1933 - Xalq artisti, tanınmış gülüş ustası Hacıbaba Bağırov  anadan olub.
1936-Tanınmış psixoloq həkim, tibb elmləri doktoru, professor Ağabəy Sultanov  anadan olub. 
1943 - Tanınmış kinodramaturq və rejissor Oqtay Mirqasımov anadan olmuşdur.
2007- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası  yaradılmışdır

13. iyun
1709 - Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi Qazaxda anadan olub.
1796 - Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçiriblər.
1882- Əliabbas Müznib anadan olub. 
1906-Əməkdar incəsənət xadimi, kinorejissor və aktyor Məmməd Əlili doğulub.
1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb.
1959 – Xalq artisti, tanınmış aktrisa Bəsti Cəfərova anadan olub.
1993 - Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlayıb.

14. iyun
Bu gün bütün dünyada Donor günü qeyd olunur.
1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh  anadan olub.
1875-Məşhur tarzən, musiqi xadimi Məşədi Cəmil Əmirov Şuşada dünyaya gəlib. 
1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski anadan olub.
1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə vəziyyətin elan olunması barədə qərar qəbul edib.
1926 – Tanınmış tarzən, Xalq artisti Həbib Bayramov anadan olub.
1946 - Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib.

15. iyun
1918-Tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi, xalq artisti Hacı Xanməmmədov dünyaya gəlib. 
1924-Xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arif anadan olub. 
1934-Şair və şərqşünas alim Hüseyn Kürdoğlu Laçında anadan olub. 
1992- Ağdamın Naxçıvanik kəndi ərazisində Azərbaycanın Milli qəhrəmanı jurnalist Çingiz Mustafayev faciəli şəkildə həlak olub. 
1993- H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi- "Qurtuluş" günüdür.

16. iyun
1864 - Tanınmış maarif xadimi Həbib bəy Mahmudbəyov Şamaxıda anadan olub.
1888 - Xalq artisti, aktyor Hacıağa Abbasov Bakının Maştağa kəndində doğulub.
1918 - Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb.
1919 - Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb.
1938-ci ildə tanınmış memar Fuad Seyidzadə doğulub.
1939 - Şair, ədəbiyyatşünas, filosof, ictimai xadim Rəfiq Zəka Xəndan anadan olub.
1992 - Azərbaycanla Rumıniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb) diplomatik münasibətlər qurulub.
2006 - Prezident İlham Əliyevin Qazaxıstana səfəri gedişində bu ölkənin Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulması barədə razılaşma əldə olunub.

17. iyun
Azərbaycanda Respublika səhiyyə işçilərinin peşə bayramıdır.
1918 - Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib.
1918 - Xalq Cümhuriyyəti Nazirlər Şurasının tərkibində yeni struktur - Səhiyyə Nazirliyi təşkil olunub.
1926 - Xalq rəssamı Elbəy Rzaquliyev anadan olub.
1929-Tanımış tarzən Böyükağa Cavanşirov anadan olub.
1992 - Azərbaycanla Belçika Krallığı (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1992 – Azərbaycan Respublikasının prezidenti seçilmiş Əbülfəz Elçibəy and içərək səlahiyyətlərinin icrasına başlayıb.

18. iyun
Azərbaycanda Milli İnsan Hüquqları günüdür.
1917-Görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, professor Cövdət Hacıyev anadan olub. 
1918-Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 18 iyun tarixli qərarı ilə hökumətin dini məsələlərlə bağlı iclaslarında Şeyxülislama və Müftiyə həlledici səs hüququ ilə iştirak etmək tapşırılıb. 

19. iyun
1747 - Türk soylu İran şahı Nadir şah Əfşar  sui-qəsd nəticəsində öldürülüb.
1900 - Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Möhsün Sənani anadan olub.
1920 - Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.
1992 - Azərbaycanla Avstraliya arasında diplomatik münasibətlər qurulub.
1997 - Prezident Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Azərbaycanın Orta Asiyadakı ilk səfirliyi Daşkənddə açılıb.
2006 - Bakıda İslam Konfransı Təşkilatı xarici işlər nazirləri Şurasının 32-ci sessiyası keçirilib. Azərbaycan ilk dəfə İKT-nin illik toplantısına evsahibliyi edib.
2007 - Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri dövlət başçılarının sammiti keçirilib.
2008 - Milli Məclisdə Xalq Cümhuriyyəti parlamentinin 90 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

20. iyun
Azərbaycanda Qaz sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.  
1898 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov anadan olub.
1921 - Görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirov doğulub. 
1923-Tanınmış səhnə ustası, əməkdar artist Rəhilə Məlikova dünyaya gəli
1924 - Bibliоqraf, ədəbiyyatşünas, prоfеssоr Nazim Axundоv anadan оlub.
1960-Milli qəhrəman Gültəkin Əsgərova  anadan olub. 
1971 - Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ilk hərbi tədris müəssisəsinin - Cəmşid Naxçıvanski adına hərbi məktəbin təşkil olunması barədə qərar qəbul olunub. 1973-cü ildə fəaliyyətə başlayan hərbi məktəb Azərbaycanda milli zabit kadrların hazırlanmasında müstəsna rol oynamışdır.
1992 - Azərbaycanla Estoniya (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1997 - ABŞ-ın Denver şəhərində keçirilən "Böyük 8-lik” sammitində ABŞ, Rusiya və Fransa prezidentləri Bill Klinton, Boris Yeltsin və Jak Şirak Qarabağ münaqişəsinin nizamlanması barədə birgə bəyanat veriblər.

21. iyun
1503 – Şah İsmayılın başçılıq etdiyi Səfəvi qoşunları Almaqulağı döyüşündə sultan Muradın ordusunu məğlub edib.
1794 – Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov Bakı şəhəri yaxinlığında Əmircan (Xilə) kəndində anadan olmuşdur.
1830 – Zaqatala bölgəsində də çar üsul-idarəsinə qarşı üsyan alovlanıb.
1918-ci ildə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə dövlət bayrağı təsis edilib. 
1933 – Tanınmış alim və ictimai xadim Tofiq İsmayılov anadan olub.
1991 – SSRİ prezidenti Mixail Qorbaçov Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lenin ordeni və ikinci "Qızıl ulduz" medalı ilə təltif olunması (ölümündən sonra) barədə fərman imzalayıb.

22. iyun
1802 – Görkəmli şərqşünas alim, maarifçi Mirzə Kazımbəy anadan olmuşdur.
1897 – Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni, xalq artisti Bülbül (Murtuza Məmmədov) Şuşada anadan olub.
1902- Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti İsmayıl Osmanlı  anadan olub. 
1921 Tanınmış maarif xadimi Qurban Əliyev andan olub.
1924-Yazıçı Cəlal Bərgüşad anadan olub.
1929-Görkəmli türkoloq, professor Fərhad Zeynalov doğulub .
1941-Tanınmış musiqiçi Bəhram Nəsibov anadan olub. 
1947-Tanınmış Azərbaycan şairi Eldar Baxış doğulub. 
1999 – Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1996-cı il aprelin 22-də Lüksemburqda imzalanıb) qüvvəyə minib.

23. iyun
Bu gün dünyada Dövlət Qulluğu günü kimi qeyd edilir. 
1908 – Tehranda əksinqilabi çevriliş olub, Konstitusiya tərəfdarlarına divan tutulub.
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik “Bakı Kommunası”nın ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edib.
1920 – Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub.
1923-Şair, ədəbiyyatşünas, Dövlət mükafatı laureatı Qasım Qasımzadə doğulub. 
1923-İctimai xadim Nəcməddin Əhmədov dünyaya gəlib

24. iyun
1092-Böyük Azərbaycan şairi Əbül-Üla Gəncəvi doğulub. 
1920 – Təbrizdə Cənubi Azərbaycan Milli Hökumətinin fəaliyyətə başlaması ümumxalq bayramına çevrilib. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Milli Hökumətin qurulması bir gün öncə - 23 iyunda elan edilmişdi.
1921-Alim və pedaqoq Əliheydər Həşimov anadan olub .
1938 – Azərbaycan Respublikasının 2-ci prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin qurucusu və sədri Əbülfəz Əliyev (Elçibəy) anadan olub.
1993 – Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub.

25. iyun
1907 – Azərbaycanın xalq artisti Sona Hacıyeva Şəki şəhərində anadan olmuşdur.
1911-Səhnə ustası, xalq artisti Ağadadaş Qurbanov dünyaya gəlib. 
1920-Yazıçı, kinossenarist, əməkdar incəsənət xadimi Həsən Seyidbəyli doğulub. 
1932-Tanınmış fizik, professor Qüdrət Axundov anadan olub. 
1992 – İstanbulda Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib.
2005 – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə ilk dəfə olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəçiləri Bakı səması üzərində nümunəvi uçuşlar və yüsək pilotaj nümayiş etdiriblər.

26. iyun
1917 – Hərbi xadim, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyov anadan olmuşdur. 
1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib.
2008 – Azərbaycan Milli Ordusunun 90 illik yubileyi münasibətilə Bakıda, Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib.

27. iyun
1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət «Qafqaz İslam Ordusu» Göyçay yaxınlığındakı döyüşdə «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər.
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub.
1918-Məşhur Azərbaycan sərkərdələri, generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun rəhbərliyi ilə Əlahiddə Azərbaycan korpusu yaradılıb. 
1918- Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ölkəmizdəki məhkəmə və məktəb sistemləri milliləşdirilib. 
1921 – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Ermənistan SSR-in Dağlıq Qarabağa iddiasını rədd edib.
1924 – Görkəmli aktyor, xalq artisti Məlik Dadaşov  Bakıda anadan olub.
1991 – Azərbaycanın Ali Soveti respublikanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul edib.
1991 – Erməni silahlı birləşmələri Dağlıq Qarabağın Martuni (indiki Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər.
1993 – Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər.

28. iyun
1837 – Görkəmli Azərbaycan maarifçisi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.
1863-Məşhur hərbi xadim, general-leytenant Hüseyn xan Naxçıvanski anadan olub. 
1914-Görkəmli səhnə xadimi, respublikanın xalq artisti Barat Şəkinskaya doğulub. 
1926 – Tanınmış dövlət xadimi, daxili xidmət general-leytenantı Arif Heydərov  anadan olmuşdur.
1996 – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib.
2000 – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə tövsiyə qərarı qəbul edilib.

29. iyun
1913 – Xalq şairi Nigar Rəfibəyli Gəncə şəhərində anadan olub.
1990 -  Azərbaycan SSR Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində  Azərbaycan SSR-in suveren hüquqlarının bərpa edilməsi və vilayətin sosial-iqtisadi inkişafı üzrə tədbirlər haqqqında” qərar qəbul edib.
1992 – Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik münasibətlər qurulub.
1994 – Prezident Heydər Əliyev İran İslam Respublikasına ilk rəsmi səfərə gedib. Bundan öncə - 1993-cü ilin oktyabrında - İran prezidenti Azərbaycana səfər etmişdi.
1995 – Prezident Heydər Əliyev Bolqarıstan və Rumıniyaya rəsmi səfərə gedib.
2004 – Azərbaycan prezidenti İlham Əliyev NATO-nun İstanbulda keçirilən zirvə toplantısında iştirak edib.

30. iyun
1625 – Növbəti Səfəvi-Osmanlı müharibəsi gedişində Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb.
1812 – Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə anadan olub.
1850- Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimlərindən biri, general-mayor Firudin Vəzirov anadan olub. 
1887-Məşhur tarzən, pedaqoq, əməkdar incəsənət xadimi Mirzə Mansur anadan olub. 
1993 – Milli Məclis parlamentin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib.
1998 – Milli Məclis Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasını qəbul edib.



Oxunub: 590310