Baş səhifə    » HAQQIMIZDA    » Müraciətlər   

İlham Abduyevin yeni layihələrlə bağlı açıqlaması

  


Əziz həmvətənlər,
Azerbaijans.com saytı tərəfindən bir neçə aydır ki, həyata keçirilən üç layihəmiz artıq bitmək üzrədir. Layihələrdən biri www.butalife.com saytıdır. Əvvəlcədən də elan etdiyimiz kimi bu saytın əsas vəzifəsi ölkəmizdə və dünyada internet cəmiyyəti qurmaq, ümumi marağa malik istifadəçiləri bir qrupda birləşdirmək, milli sosial şəbəkə kimi kompakt əlaqələr yaratmağa nail olmaqdır.
İkinci layihə www.butacolor.com foto-paylaşım saytıdır. Bu sayt fotobank funksiyasını yerinə yetirəcəkdir. Qeydiyyata düşməklə istifadəçi axtarış sisteminə malik olan sayta foto yükləyə biləcək və ya istədiyi mövzuya aid fotonu əldə edəcəkdir. 
Üçüncü layihə isə www.azerbaijanphoto.com saytıdır. Sayt ölkəmizi şəhər-şəhər, kənd-kənd vizual olaraq foto formatda tanımaq imkanı yarada biləcək bir layihədir. Bununla internet istifadəçiləri Azərbaycanın tarixi yerlərini, əsrarəngiz təbiətini virtual olaraq seyr edəcək. Qeyd edək ki, hər üç layihənin sentyabr-oktyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bu üç layihə bitidikdən sonra oktyabr ayından etibarən daha dörd layihənin icrasına başlanılacaqdır.  Əvvəlcədən nəzərinizə çatdıraq ki, bu layihələr ““Virtual Qarabağ” Mərkəzi”inin yaradılması ilə bağlı bir az öncə irəli sürdüyümüz təkliflərin bir neçəsi əsasında tərtib olunmuşdur. Həmin laiyəhələr bunlardır:
1. Sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qruplarının yaradılması;
Bu layihə müxtəlif dövlətlərə və onların dillərinə uyğun olaraq sosial şəbəkələrdə təbliğat qrupları yaradılmasının, bunula da Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını nəzərdə tutur. 
2. Dünyanın ali məktəb tələbələri üçün “Virtal Qarabağ tələbə forumu”; 
Layihə dünya tələbələri arasında Qarabağ probleminin və ona bənzər münaqişələrin müzakirəsini, öyrənilməsini və həlli istiqamətlərində araşdırmaların aparılmasını həyata keçirmək məqsədi güdür.     
3. Qarabağ kəndlərinin haqqında internet resursun yaradılması;
Layihənin məqsədi işğal altında olan bütün Qarabağ kəndlərinin tarixi, coğrafiyası, özünəməxsusluğu və s. haqqında virtual ensiklopediya  hazırlamaq və internet istifadəçilərinə yaşayış məskənlərimiz haqqında ətraflı informasiya verməkdir. 
4. Qarabağa həsr olunmuş bütün elmi kitab, məqalələr, məcmuə və s. özündə cəmləyən ““Qarabağ” salnaməsi” adlı virtual kitabxananın yaradılması;
Bu layihə vasitəsilə həm Qarabağın tarixi, mədəniyyəti, təbiəti, həm də Qarabağ münaqişəsinin tarixi və hal-hazırkı durumu barədə geniş bilgi toplanılması və həmin materialların elektron oxunulmasını təmin etmək nəzərdə tutulmuşdur.  

Məlumdur ki, son zamanlar mediada “Virtual Qarabağ” informasiya Komunikasiya Texnologiyaları Mərkəzinin yaradılması ilə bağlı geniş müzakirələr aparılır.  Biz də intellekt qrupu olaraq “Virtual Qarabağ”la bağlı təkliflərlə çıxış etmişdik. Bir daha vurğulamaq istəyirik ki, “Virtual Qarabağ”ın formalaşmasında, onun sonrakı inkişaf istiqamətlərinin müəyyənləşməsində, zənginləşməsində, mərkəzə nəzarətdə və dövlət siyasətinə uyğun idarə olunmasında dövlət strukturları aparıcı mövqeyə malik olmalıdır. Lakin hesab edirik ki, bu istiqamətdə bəzi təklif və layihələr ola bilər ki,  bunları vətəndaş cəmiyyətinin nümayəndələri də  həyata keçirə bilər. Məhz bu baxımdan “azerbaijans.com” və “garabagh.net” saytları olaraq biz də bu işin bir hissəsini həyata keçirməklə ““Virtual Qarabağ” Mərkəzi”nin yaradılmasına və uğurlu fəaliyyət göstərməsinə bir vətəndaş olaraq öz təhfəmizi vermək fikrindəyik. 
Xahiş edirik ki, layihələrin uğurla və keyfiyyətlə həyata keçirilməsi üçün arzu və təkliflərinizi info@azerbaijans.com elektron ünvanına yazıb göndərin.  Unutmayaq ki, bu bizim Azərbaycanımız və dövlətimiz qarşısında ən azından vətəndaşlıq borcumuzdur.  Əvvəlcədən təşəkkürümüzü bildiririk. 

azerbaijans.com saytının ideya müəllifi və qurucusu İlham Abduyev
10.07.2012



Oxunub: 78523



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on