Baş səhifə    » TARİXİ GÜNLƏR    » Avqust   

Avqust

  


1. Avqust
Bu gün ölkədə «Azərbaycan əlifbası və Azərbaycan dili günü» kimi qeyd edilir. 
1421 – Qaraqoyunlu hökmdarı Qara Yusifin oğulları İsgəndər və İsfəndiyarın başçılıq etdiyi qoşunlarla Teymuri sultanı Şahruxun və Şirvanşahın birləşmiş qüvvələri arasında Alaşkerd vadisində döyüş olub.
1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin (1468-1501) qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub.
1887-ci ildə tanınmış Azərbaycan yazıçısı Seyid Hüseyn anadan olub.
1908-ci ildə tənqidçi və ədəbiyyatşünas Hidayət Əfəndiyev doğulub. 
1918 – Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb.
2001 – Azərbaycan Respublikası ərazisində bütün idarə-müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər.
2. Avqust
Azərbaycan kinosunun yaranması günüdür.
1898-ci il avqustun 2-də Bakıda çəkilən ilk kino-süjetlərin kütləvi nümayişi təşkil olunub. 
1907-ci ildə Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndəsi, xalq artisti Həqiqət Rzayeva doğulub.
1920-ci ildə məşhur tarzən, xalq artisti Hacı Məmmədov dünyaya gəlib. 
1923-cü ildə görkəmli rejissor, xalq artisti Tofiq Kazımov dünyaya gəlib. 
1955 - Tanınmış aktyor, Azərbaycanın Xalq artisi Fəxrəddin Manafov Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində anadan olub.
2001 – Soçidə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Qazaxıstan prezidentləri Heydər Əliyev, Vladimir Putin və Nursultan Nazarbayev arasında keçirilən görüşdə Xəzərlə bağlı məsələlər müzakirə edilib.
2003 – Səhhətindəki problemlərlə bağlı Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın baş naziri təyin olunmasına razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib.
2003 - İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi 
3. Avqust
1548-ci ildə Azərbaycanın orta əsr görkəmli siyasi xadimlərindən Pərican xanım doğulub. 
1917-ci ildə Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov doğulub.
1920 – Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin (süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı) və Mayılın başçılığı altında sovetləşmə əleyhinə kəndli çıxışları başlanıb.
1929-cu ildə görkəmli alim, əməkdar elm xadimi, akademik Fuad Qasımzadə anadan olub. 
1941 – Böyük Vətən müharibəsində Sovet Ordusu tərkibində azərbaycanlılardan ibarət ilk qoşun birləşməsi - 402-ci diviziya təşkil olunub.
1993 – Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub.
1999 – Azərbaycanla Myanma (Birma) dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb.

4. Avqust
1783 – Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə Georgiyevsk traktatı imzalanıb.
1834-cü ildə görkəmli Azərbaycan maarifçisi, alim və yazıçı Mirzə Əbdürrəhim Talıbov doğulub. 
1915-ci ildə görkəmli teatr və kino aktyoru, xalq artisti, dövlət mükafatı laureatı Məmmədrza Şeyxzamanov dünyaya gəlib. 
1918 – General Denstervilin komandanlıq ediyi ingilis hərbi qüvvələrinin ilk dəstəsi Bakıya gəlib.
1992 – Azərbaycan Respublikası ilə Portuqaliya (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 7-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
2003 – Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyinat olunmasına razılıq verilib.

5. Avqust
1895 – Görkəmli alim, cərrah, ictimai xadim Mustafa Topçubaşov (1895-1981) İrəvanda anadan olub.
1906 – İranın Qacarlar sülaləsindən olan hökmdarı Müzəfərəddin şah ölkədə başlanan inqilab dalğasını və monarxiya əleyhinə kütləvi çıxışları səngitmək üçün Konstitusiyanın hazırlanması barədə fərman verib.
1918 – Azərbaycanda hərbi donanmanın yarandığı gündür. 

6. Avqust
1723 –  Çar I Pyotr Rusiya imperiyasının Xəzər dənizini və Azərbaycanı ələ keçirməsi ilə bağlı planları reallaşdırmağa başlayıb.
1832 – Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan (1832-1897) Şuşada anadan olub.
1993 – Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətində geniş hücumu başlanıb.

7. Avqust
1930 – Məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov anadan olub.
1932 – SSRİ hökumətinin qəbul etdiyi "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarla xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyulub.
1992 – Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib.
1993 – Azərbaycanın cənub bölgəsində Əlikram Hümbətovun başçılığı altında qondarma qurum - “Talış-Muğan Respublikası” elan olunub.
2002- Azərbaycan MEA Naxçıvan şöbəsinin yaradılması

8. Avqust
1948 – Görkəmli kinoaktyor, xalq artisti Rasim Balayev Ağsuda anadan olub.
1991 – Ermənistan ərazisində azərbaycanlı yaşayan sonuncu yaşayış məntəqəsi - Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib.
2008 – Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına start verilib.

9. Avqust
1919 – Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan tam asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib.
1920 – Bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini oradan vurub çıxarıblar.
1959 – Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov (09.08.1959- 14.06.1992) Goranboy rayonunda anadan olub.
1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyiblər.
1993 – Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Azərbaycanın Xəzərdəki neft yataqlarının işlənməsində iştirak etmək istəyəq xarici şirkətlərinin nümayəndələri ilə görüşüb.

10. Avqust
1895 – Görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski (1895-1938) anadan olub. 
1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb.
1939 – Şair, “Qızıl Qələm” mükafatı laureatı Zəki Yusifov anadan оlub.
1990 – Erməni hərbi-təxribatçı dəstələri Azərbaycana qarşı növbəti qanlı terror aksiyalarını həyata keçiriblər.
1995 – Azərbaycan Respublikası ilə Kanada (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

11. Avqust
1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib. Döyüş Osmanlı ordusunun qələbəsi ilə nəticələnib.
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkədə ümumi hərbi səfərbərlik haqqında qərar qəbul edib.
1992 – Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri tərəfindən konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
2002 – Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə "prezident seçkisi" keçirilib.

12. Avqust
1805 – Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakı xanlığının strateji məntəqələrini ələ keçirərək şəhəri mühasirəyə alıblar.
1926 – Xalq şairi Qabil (İmamverdiyev) (1926-2007) anadan olmuşdur.
1942 – Görkəmli hərbi tarixçi, jurnalist və publisist Şəmistan Nəzərli anadan olub.
1993 – ATƏT-in Minsk qrupunun toplantısında BMT Təhlüəksizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 (Kəlbəcərin işğalı ilə bağlı) və 853 (Ağdımın işğalı) saylı qətnamələrin yerinə yetirilməsi üzrə «Təxirəsalınmaz tədbirlər qrafiki» qəbul olunub.

13. Avqust
1993 – Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan cənubda - Füzuli və Cəbrayıl rayon mərkəzləri istiqamətində genişmiqyaslı hücumu başlanıb.
2001 – Prezident Heydər Əliyev ölkənin kütləvi informasiya vasitələrini milli dəyərlərə və mentalitetə sayğılı olmağa çağıran bəyanatla çıxış edib.
2004 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə  görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

14. Avqust
1930 – Sovet İttifaqının hökuməti ölkə ərazisində icbari ibtidai təhsil haqqında qərar qəbul edib.
1934 – Yazıçı, dramaturq, “Qızıl qələm” mükafatı laurеatı Şamil Fərzəliyеv (Şamil Xurşud) anadan оlub.
1989 – Bakıda Xalq Cəbhəsinin təşkilatçılığı ilə genişmiqyaslı mitinqlər və kütləvi tətillər başlanıb.
2002 – Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında təkbətək görüş keçirilib.

15. Avqust
1784 – Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olmuşdur.
1867 – Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) аnadan olub.
1905 – Rusiyanın Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının I qurultayı başlanıb.
Azərbaycanlıların da təmsil olunduğu qurultayın məqsədi Rusiya Dumasına nümayəndələrin seçilməsi idi.
1929 – Təbiətşünas alim, biologiya elmləri doktoru Roza Əsgərova Babək rayonunun Qahab kəndində anadan olmuşdur.
1992 – Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb.
1994 – Azərbaycan Respublikası ilə Sinqapur (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

16. Avqust
1905 – Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hucumlarının qarşısı alınıb.
1906 – Ümumrusiya müsəlmanlarının III qurultayı (Nijni-Novqorod) işə başlayıb. 
1925 – Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (1925-2009) Şəkidə anadan olub. 
1993 – Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib.

17. Avqust
1942 – Dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslim Maqomayev (1942-2008) Bakıda anadan olub.
1993 – Milli Məclisdə "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" qərar qəbul edilib.
2002 – Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb.

18. Avqust
1912 – Azərbaycanın xalq şairi Mirvarid Dilbazi (1912-2001) anadan olmuşdur.
1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib.
1993 – BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyri-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.
1993 - Cəbrayılın işğalı

19. Avqust
1634 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində sultan IV Muradın başçılıq etdiyi türk qoşunları İrəvan qalasını ələ keçiriblər.
1768 - Fətəli xan Qubalının qoşunları ilə Şəki hakimi Hüseyn xanın qoşunları arasında döyüş baş verib.
2000 – MDB dövlət başçılarının Yaltada (Ukrayna) keçirilən qeyri-formal sammitində Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti danışıqlar olub.

20. Avqust
1783 – Çar Rusiyasının Qafqaz ekspedisiya korpusuna başçılıq edən general Potyomkin Azərbaycan xanlarına müraciət edərək onları Rusiya imperiyası himayəsinə keçmək barədə Georgiyevsk müqaviləsinə qoşulmağa çağırıb.
1901 – Məşhur xanəndə, Azərbaycan xalq musiqisinin bənzərsiz ifaçısı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Cavanşirov, 1901-1979) anadan olub.
1912 – Görkəmli dirijor və bəstəkar Niyazi (1912-1984) anadan olmuşdur. 
1918 – Azərbaycanın məşhur fiziki, akademik Həsən Abdullayev (1918-1993) anadan olub.
1992 – Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması başlanıb. Bu tarixi proses Naxçıvandan başlamışdı.
1997 – Azərbaycan hökuməti ilə ABŞ-ın "R.V.İnvestment" şirkəti arasında ölkənin bir neçə rayonunda qızıl yataqlarının işlənməsinə dair müqavilə imzalanıb.
2001 - Prezidenti Heydər Əliyev Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman verib.

21. Avqust
1930 – Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev anadan olub (1930-2012).
1991 – Erməni təxribatçı dəstələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı terror hücumları davam edib.
1992 – Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Tehrana səfəri gedişində İran İslam Respublikasından Naxçıvana elektrik enerjisi verilməsi, kommunikasiyaların çəkilməsi və ərzaq yardımı göstərilməsi barədə sazişlər imzalanıb.
1997 – Azərbaycan Respublikası ilə Serbiya və Çernoqoriya İttifaqı (2006-cı ildən Serbiya və Çernoqoriya respublikalarına ayrılıb) arasında diplomatik münasibətlər qurulub.
1993, 21-23 avqust - Cənub bölgəsində qiyamın yatırılması

22. Avqust
1819 – Azərbaycanda ilk alman koloniyası – Helenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub.
1965 – Tanınmış şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub. 
1993 – Lənkəranda Əlikram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları başlanıb.
1999 – Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib.
2000 – Azərbaycan Respublikasının sabiq prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy (1938-2000) Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) vəfat edib.

23. Avqust
1514 – Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Osmanlı sultanı I Səlimin (sultan Səlim Yavuz) ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib.
1722 – Çar I Pyotrun komandanlığı altındakı rus qoşunları Dərbənd şəhərini işğal ediblər.
1943 - Görkəmli aktyor, xalq artisti Şahmar Ələkbərov (1943-1992) Gəncədə anadan olub.
1993- Ermənistanın silahlı qüvvələrinin davam edən təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha bir bölgə - Fizuli rayonu işğal olunub

24. Avqust
944 – Kiyev-rus knyazı İqorun başçılıq etdiyi rus (slavyan) tayfalarının qoşunları Azərbaycan torpaqlarına daxil olaraq Bərdə şəhərini ələ keçiriblər.
1578 – Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (birinci mərhələ 1555-ci ildə Amasya sülhü ilə yekunlaşmışdı) başlanıb.
2002 – Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər ediliməsi bağlı ümümxalq səsverməsi - referendum keçirilib.

25. Avqust
1721 – Dağıstan hakimi Hacı Davud xan yerli əhalinin köməyi ilə Şamaxını ələ keçirib. Şəhərdə gen-bol ticarət edən çoxlu sayda rus taciri qətlə yetirilib, malları qarət edilib.
1992 – Azərbaycanla Mərakeş dövləti (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1993 – ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqqlas erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində işğalçılıq əməliyyatlarının genişlənməsi ilə bağlı bəyanat verib.
2001 – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlunun Azərbaycana səfəri gedişində iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini geniş müzakirə olunub.
2005 - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə  Azərbaycan Turizm İnstitutu yaradılmışdır.

26. Avqust
837 – Bəzz qalası yaxınlığında Babək Xürrəminin qoşunları ilı Xilafət ordusu arasında sonuncu döyüş olub.
1071 – Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans imperatoru Romen Diogenin qoşunları arasında Məlazgird döyüşü baş verib.
1892 – Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri (1892-1947) Xalxal mahalının Zeyvə kəndində anadan olub.
1949 – Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə Lənkəran rayonunun Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini  təhsil alıb.
1964 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva anadan olub.

27. Avqust
1929 - Aktyor, rejissor, mədəniyyət işçisi Məmmədkamal Kazımov (1929-2005) Bakıda anadan olub.
1937 - Ədəbiyyatşünas alim, yazıçı, tərcüməçi Qəzənfər Paşayev Tovuz rayonunun Düaqıraqlı kəndində anadan olub.
1989 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağın erməni əhalisinin «səlahiyyətli nümayəndələr qurultayı»nın qərarlarını qeyri-qanuni elan edib.
1991 – Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin heykəli sökülüb.
1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar qəbul edilib.
1992 – Azərbaycan Respublikası ilə Qvineya-Bisau dövləti arasında diplomatik münasibətlər qurulması barədə protokol imzalanıb.
1998 - Görkəmli kinorejissor («Görüş”, “Uzaq sahillərdə”,“Dədə Qorqud”, “Yeddi oğul istərəm”), ssenarist Tofiq Tağızadə (7.2.1919-1998) vəfat edib.
2005 – MDB dövlət başçılarının Kazanda (Rusiya, Tatarıstan) keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanması ilə bağlı növbəti görüş keçirilib.

28. Avqust
1774 - General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbil edib.
1919 – Xalq Cümhuriyyətinin parlamenti ölkənin Azərbaycan Dövlət Bankının yaradılması barədə qanun qəbul edib.
1935 - Görkəmli yazıçı Əlibala Hacızadə (1935-2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.
1995 – ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi postu təsis olunub.
2000 – Prezident Heydər Əliyev Azərbaycanda yeni yaradılan məhkəmə instansiyasının - Apellyasiya Məhkəməsinin üzvlərinin təyinatı ilə bağlı fərman imzalayıb.

29. Avqust
1890 - Şair Məhəmmədəli Şəfainin (1890- 1967) doğum günüdür.
1920 – Azərbaycanın Müvəqqəti İnqilab Komitəsi ölkədə taxıl ticarətinin inhisara alınması haqqında dekret verib.
1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev (1960 - 15.06.1992) anadan olub.
1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Pirimov (26.10.1880-1965) vəfat edib. 
1991 – Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb.
1993 – Azərbaycanda «Prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında» ümumxalq səsverməsi - referendum keçirilib.

30. Avqust
1410 – Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib.
1930 – Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb.
1940 - Tanınmış jurnalist, yazıçı-publisist Əhməd İsayev Zaqatala rayonunun Suvagil kəndində anadan olub.
1991 – Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub.
1992 – Azərbaycan Respublikası ilə Qazaxıstan arasında diplomatik əlaqələr qurulub.

31. Avqust
1863 – Tanınmış maarifçi, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) anadan olub.
1991 – Azərbaycanda 1990-cı ilin 20 yanvarından qüvvədə olan fövqəladə vəziyyət rejimi, nəhayət, ləğv olunub.
1993 – Ermənistanın silahlı qüvvələrinin davam edən təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha bir bölgə - Qubadlı rayonu işğal olunub.
2001 – Prezident Heydər Əliyev "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi) çərçivəsində "böyük neft"in hasilatına başlanılması barədə "Faza-1" planını təsdiqləyib.



Oxunub: 596850



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on