Baş səhifə    » KİNO    » Mozalan satirik jurnalı   

“Mozalan” satirik kinojurnalı haqqında

  



“Mozalan” satirik kinojurnalı 1971-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində təsis edilmişdir. Kinojurnalda indiyə qədər 180-dən çox nömrə istehsal olunmuşdur. Hər nömrədə 3-4 süjet var. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. 
“Mozalan” satirik kinojurnalının məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaqdır. Sənədli süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün respublikanı xəbərdar etmək mozalançıların əsas iş üsullarından olmuşdur. 
“Mozalan” satirik kinojurnalının ilk filmi “Hörmətli alim yoldaşlar” adlı qısametrajlı bədii süjet olmuşdur. Komediya janrında çəkilən süjetin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifi Əkrəm Əylislidir. Filmdə məruzəçi “Mozalan” sözünün yumorustik mənalarını izah etməklə kinojurnalı sanki açır və kinojurnalın gələcəkdə hansı mövqe tutacağını göstərir.
“Mozalan” satirik kinojurnalının ilk baş redaktoru Eyvaz Borçalı olmuşdur. 
 “Mozalan” studiyası 2008-ci ildə İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi “Keyfiyyət və nüfuz lideri” beynəlxalq mükafatına layiq görülüb.



Oxunub: 380763



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on