Baş səhifə    » HAQQIMIZDA    » Müraciətlər    » İlham Abduyevin www.butalife.com layihəsi ilə bağlı müraciəti   

İlham Abduyevin www.butalife.com layihəsi ilə bağlı müraciəti

  


Əziz həmvətənlər!
Biz www.azerbaijans.com saytının həyata keçirdiyi yeni layihələrlə bağlı sizə məlumat vermişdik.  Sentyabr ayının 17-də saat 12:00-da həmin layihələrdən növbətisi – www.butalife.com sosial şəbəkə saytı artıq işıq üzü görəcəkdir. Məlumdur ki, hər bir insanın həyatın müxtəlif sferalarında, xüsusilə müasir  informasiya cəmiyyətində sosiallaşması onun həm fərdi, həm də ictimai yönümdə inkişafının  əsas şərtlərindəndir. Belə ki, istənilən anda cəm olma, bizi əhatə edən informasiyaların təhlili, mənimsənilməsi və mübadiləsi müasir dünyagörüşünün formalaşmasında xüsusi çəkiyə malikdir. Məhz sosiallaşma insanı cəmiyyətin aktiv bir üzvünə çevirir və hər bir fərdin cəmiyyət üçün yararlığını artırır.
Bütün bu söylənilənləri əsas hədəf kimi seçən www.butalife.com sosial şəbəkəsi öz tipinə və mahiyyətinə görə digər sosial şəbəkələrdən, xüsusilə milli sosial şəbəkələrdən fərqlənəcək. 
Bu sayt ilk növbədə Azərbaycandan dünyaya açılan pəncərə olacaq. Əsas hədəfimiz milliliklə yanaşı, beynəlxalq status qazanmaq və dünyada sosial debatların ən etibarlı məkanlarından birinə çevrilməkdir. www.butalife.com sosial şəbəkəsi internet məkanında tanınmış digər sosial şəbəkələrin  bir çox üstün cəhətlərini psixoloji momentlər nəzərə alınmaqla həm vizual, həm də texniki baxımdan özündə birləşdirən bir sayt olacaq. Bundan əlavə, sayta onlayn TV-lər, dünyanın ən populyar informasiya vasitələrinin xəbər manşeti yerləşdirilmiş blok, blogger səhifələri, imtahan-test, biznes bölmələri və s. əlavə olunacaq ki, bunu sosial şəbəkələr üçün yenilik kimi qiymətləndirmək olar. 

Əziz internet izləyiciləri!
Qeyd etdiklərim www.butalife.com sosial şəbəkəsinin bəzi cəhətləridir. Tam təfərrüatı ilə bilgini, təbii ki saytla ətraflı tanış olduqdan sonra əldə edəcəksiniz.   
Buna görə də mən üzümü bütün azərbaycanlılara, xüsusilə cəmiyyətimizdə ictimai-sosial həyatın ən aktiv iştirakçıları olan gənclərə, eyni zamanda www.azerbaijans.com, www.garabagh.net, www.abduyev.com saytının oxucularına tutaraq onları www.butalife.com sosial şəbəkəsinə dəvət edirəm. www.butalife.com saytının beynəlmiləl status qazanması, dünya sosial şəbəkəsinin bir hissəsinə çevrilməsi və bütün azərbaycanlıların qürur yeri olması üçün ilk növbədə biz cəhd göstərməliyik. Ümid edirəm ki, həm sosiallaşma və intellektual fəaliyyət istiqamətində, həm də modern informasiya cəmiyyətinin qurulmasında www.butalife.com öz dəsti-xətti ilə seçilən bir sayt olacaq. Bunun üçün hamımız bir yerdə, bir məkanda olmalıyıq. 17 sentyabr 2012-ci ildə saat 12:00-da www.butalife.com saytının həyata vəsiqə almasında birlik və bərabərliyimizi bir daha göstərək!

12.09.2012



Oxunub: 417164



Azərbaycan Televiziyaları
İnternet Radio