Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri    » Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti   

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti

  



Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) 16 iyul 2009‐cu ildə Azərbaycan Respublikası Prezidentinin 2004‐cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"ndan irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədi ilə yaradılmışdır.
1 iyun 2012-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə agentlik ləğv edilərək Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin (ABEMDŞ) yaradılmışdır.

ABEMDŞ - Müvafiq sahənin inkişafı və infrastrukturunun yaradılması üzrə dövlət siyasətinin,  normativ hüquqi aktların və normativ sənədlərin işlənib hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
Müvafiq sahədə enerji mənbələrinin istifadəsi, obyektlərin layihələndirilməsi, tikintisi, istismarı və həmin məqsədlər üçün lazımi avadanlıqların istehsalı ilə əlaqədar fəaliyyətin tənzimlənmə mexanizminə dair təkliflər verir;
Müvafiq sahədə fəaliyyətin həyata keçirilməsinə nəzarət edir;

Ünvan: AZ1000
Ü. Hacıbəyov küç. 40, Hökumət evi
Tel.:   (+99412) 493 15 26
Faks: (+99412) 493 16 97
Web-site: www.abemda.az
E-mail: info@abemda.az



Oxunub: 556787



Azərbaycan Televiziyaları
İnternet Radio