Baş səhifə    » HAQQIMIZDA    » Müraciətlər    » İlham Abduyevin www.butacolor.com layihəsi ilə bağlı müraciəti   

İlham Abduyevin www.butacolor.com layihəsi ilə bağlı müraciəti

  


Hörmətli internet istifadəçiləri!
14 noyabr saat 12:00-da azerbaijans.com saytının ən maraqlı layihələrindən biri olan www.butacolor.com saytı fəaliyyətə başlayacaq. Bu saytı foto layihələrimizin davamı kimi qiymətləndirmək olar.   
Bəlli həqiqətdir ki, əhatəsində olduğumuz ətraf aləmin hər bir gerçəkliyini insanlar həm də zövqlərinə uyğun olaraq dərk edirlər. Təbii ki, bu baxımdan hər bir insanın xarakterizə olunmasında  digər parametrlərlə bərabər onun zövqünə də istinad edilməlidir. Zövqləri müxtəlif predmetlərə əsasən qiymətləndirmək olar ki, bunlardan biri də, rənglər, başqa sözlə, fotolardır. Belə ki, hər kəs öz estetik duyumuna uyğun olan fotolara üstünlük verir və ondan zövq alır. Beləliklə, adi foto istənilən kəsin zövqü haqqında mühakimə yürütmək imkanı yaradır.
Bəzən insan öz duyumunu, zövqünü paylaşmaq və bununla ətraf aləmi necə dərk etdiyini göstərmək ehtiyacı duyur.  Fikrimizcə, rəsmlər, fotolar bax belə ehtiyacın məhsuludur.

7 dildə diqqətinizə təqdim olunacaq www.butacolor.com saytı yuxarıda qeyd etdiyimiz estetik duyumu, düşüncəni fotolar vasitəsilə virtual şəkildə bölüşmək, paylaşmaq ehtiyacını və buna nail olan insanların məmnunluğunu təmin etmək məqsədi ilə ərsəyə gətirilmişdir.
Sayt fərdi anlamda istənilən istifadəçinin şəxsi foto arxivinə çevrilə biləcək. Çünki istənilən hər bir kəs saytın bazasına foto yükləməklə öz səhifəsində mövzular üzrə foto albom (qovluq) yaradacaq. Hər bir fotonu adlarla işarələmək mümkün olacaq ki, internetdə ümumi axtarış zamanı həmin adlar açar sözlər rolunu oynayacaq.  Şəkillərə şərhlər yazaraq onun ümumi məzmunu və ya şəklin yaratdığı hissləri və s. də paylaşmaq mümkün olacaqdır.

Saytın özəl xüsusiyyətlərindən biri də foto paylaşmaya virtual ünsiyyət şəbəkəsinin əlavəsidir. Yəni bazaya yerləşdirilmiş fotolarla bağlı istənilən əməliyyat ünsiyyət  (kiminləsə dostlaşmaq, ən yaxın dostları seçmək, istifadəçilərin istər sizin səhifənizdə, istərsə də ümumiyyətlə saytdakı  fəaliyyətini izləmək, kiməsə ismarış göndərmək və s.) fonunda həyata keçiriləcək. Bir sözlə, bu saytımızın da texniki imkanları çox geniş nəzərdə tutulmuşdur. Saytda yalnız qeydiyyat ödənişli olacaq.
Təbii ki, saytın özəlliklərini onunla daha yaxından tanış olandan sonra biləcəksiniz. İnanıram ki, digər layihələrimiz kimi bu sayt da sizin razılığınızı və məmnunluğunuzu qazanacaqdır. Layihəmizlə bağlı bizə arzu və təklifini göndərən hər bir istifadəçiyə bəri başdan təşəkkürümüzü bildiririk. 

01.11.2012



Oxunub: 543725



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on