Baş səhifə    » HAQQIMIZDA    » Layihələrimiz    » www.azerbaijans.com   

www.azerbaijans.com

  


Bildiririk ki,  təqdim etdiyimiz sayt internet məkanında Azərbaycan haqqında ətraflı ensiklopedik informasiyaları özündə cəmləyən bir layihənin məhsuludur. Saytın 7 dildə fəaliyyət göstərməsi ona beynəlxalq səviyyədə istifadə imkanı qazandırmışdır ki, bu da bizim əsas məqsədimiz olmuşdur. 

Diqqətinizə çatdırırıq ki, Azərbaycanın tarixi, maddi və mədəni irsi, ölkənin malik olduğu resurslar və mövqeyi haqqında dolğun məlumatlar bazası olan sayt daim yenilənməkdə və genişlənməkdə davam edəcəkdir. Bu yenilənmə və genişlənmə bütün 7 dildə olacaqdır. Bundan əlavə, verilən informasiyaları dolğunlaşdırmaq və vizuallaşdırmaq məqsədilə saytın video və foto qalereya bölməsi də fəaliyyət göstərir.

Layihənin növbəti mərhələsi olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqqında geniş  informasiyaları özündə əks etdirən www.garabagh.net saytının materialları da artıq tam hazırdır və tərcümə prosesindədir.  

Layihəyə daxil olan və dünya azərbaycanlılarının kompakt əlaqəsinə nail olmaq üçün milli sosial şəbəkə kimi nəzərdə tutulan üçüncü sayt- www.butalife.com saytı isə artıq texniki tamamlanma ərəfəsindədir. 

Diqqətinizə çatdırırıq ki, layihələrimizin mükəmməliyini və əhatəliliyini daha da artırmaq məqsədilə sizin təklif və arzularınızı mütləq nəzərə alacağıq. Buna görə də, saytın məktublar bölməsindən istifadə etməklə bizimlə əlaqə saxlamağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. 



Oxunub: 447905



Azərbaycan Televiziyaları
İnternet Radio