Baş səhifə    » HAQQIMIZDA    » Sayt haqqında    » İllik hesabat   

İllik hesabat

  



www.azerbaijans.com
saytı 2 dekabr 2011-ci ildə fəaliyyətə başlamışdır. 

Həmin vaxt saytın açılışını və onun Azərbaycanın həm ictimai həyatındakı, həm də internet-informasiya  məkanındakı əhəmiyyətini  20-dən çox media qurumu, o cümlədən televiziyalar və ölkənin xarici dillərdə fəaliyyət göstərən bir çox kütləvi informasiya vasitələri işıqlandırmışdır.

İndiyə qədər Azərbaycanın 122 tanınmış ziyalısı (bunlar  arasında siyasət, mədəniyyət, incəsənət, idman, elm və s. sahəsində çalışanlar üstünlük təşkil edir) haqqımızda müsbət fikirlərini bildirib. 

Saytın ünvanına minlərlə elektron məktub daxil olub ki, onların əksəriyyəti saytın fəaliyyətini ardıcıl izlədiklərini bildirmişlər.

İl ərzində www.azerbaijans.com saytına 400 yeni link əlavə edilmişdir.  Təkcə “Son 10 il” bölməsinə 12 yenilənmə edilmişdir. 

Saytda 200-ə yaxın fotoqalereya, ümumilikdə isə 5000-dən artıq fotogörüntü yer alıb. 

41 bölmədə isə 1500-ə yaxın video material toplanmışdır. Bu əlavələr saytın ayrı-ayrı bölmələrindəki informasiyaların ətraflı işıqlandırılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 

Sayt qısa müddətdə  “İnternet – radio” istifadəyə vermişdir. İnternet istifadəçiləri bu radio vasitəsilə Azərbaycanın muğam, xalq, estrada, instrumental musiqilərini, aşıq havalarını, milli caz ifalarını, Avroviziya, türk və xarici estrada nümunələrini dinləmək imkanı əldə etmişlər. 

Azərbaycan televiziyasının aparıcı kanallarını (o cümlədən regional kanalları) izləmək üçün “İnternet – TV” bölməsi də saytın çoxsaylı istifadəçilərinin ixtiyarına verilmişdir.  

Sayt təkcə intellektual deyil, həmçinin texniki imkanlarını da genişləndirərək “AZEtube” video serverini hazırlamışdır. Bu həm saytın vizual təqdimat imkanlarını, həm də istifadənin rahatlığını artırmışdır.

Bundan əlavə, il ərzində kino həvəskarlarının klassik kino salnaməmizi çətinlik çəkmədən izləməsi üçün  Azərbaycan internet məkanında ilk dəfə  olaraq “Kino” bölməsinə 350-ə yaxın sənədli, tam və qısametrajlı film əlavə edilmişdir. 

Azyaşlı istifadəçilərin internetdən faydalı və şüurlu şəkildə yararlanması məqsədilə sayt tərəfindən “Cizgi filmləri” bölməsinə 50-ə yaxın cizgi filmi yüklənmişdir. 

Bu istiqamətdə işlər davam etdirilərək yenə də internet məkanında ilk dəfə sayta 60 televiziya tamaşası və 320 “Mozalan” satirik kino jurnalı nümunələri əlavə edilmişdir. 

Eyni zamanda saytın “Rəssamlıq” bölməsində yeni “Rəsm qalereyası” linki hazırlanmış və linkə Azərbaycan rəssamlarının dünya incəsənətinin inciləri hesab edilən, ölkəmizdə, eləcə də xaricdə ən məşhur sərgi salonlarında nümayiş etdirilən  270 məşhur sənət əsərinin görüntüsü əlavə edilmişdir ki, bu da Azərbaycan internet məkanında ilk dəfə həyata keçirilmişdir. 

“Azərbaycanı tanı!” sloqanı ilə ölkədən kənarda 1 milyon 647 min insana, o cümlədən 70-ə yaxın ölkənin rəsmi adminstrasiyasına,  parlamentarilərinə, beynəlxalq təşkilatlara, dünyanın çeşidli şirkətlərinə, qeyri hökumət təşkilatlarına, nüfuzlu media orqanlarına, universitet və digər təhsil ocaqlarına, hətta keçmiş dövlət məmurlarına www.azerbaijans.com saytı haqqında informasiya xarakterli məlumatları özündə əks etdirən elektron məktub göndərilmişdir.

Azerbaijans.com saytını bu günə qədər 120 milyondan çox insan izləmişdir. 

Gün ərzində saytı 50 mindən çox internet istifadəçisi ziyarət edir.

İl ərzində  azerbaijans.com saytı 4 yeni layihə həyata keçirmişdir: 

Bu saytların hər biri məqsədinə, mövzusuna və texniki imkanlarına görə dünya internet məkanında özünəməxsus yer  almışdır. 

Sevindirici haldır ki, saytın hazırlanmasının bir ili tamam olmamış, 2012-ci oktyabr ayında www.azerbaijans.com, www.azerbaijanphoto.com, www.butalife.com  saytlarının ideya müəllifi və qurucusu İlham Abduyev Avropa Biznes Assambleyasının Sokrat Komitəsi tərəfindən veb resursların inkişafı və həyata keçirilməsi üçün innovativ ideyalara görə “Ən yaxşı iş” diplomuna və “İlin meneceri” medalına layiq görülüb. Bununla da bu sayt Avropanın ən nüfuzlu brendini qazanmışdır. 

Və nəhayət bu yaxınlarda www.azerbaijans.com  saytı bütövlükdə Azərbaycanı əks etdirən yeni foto albom və  diski istifadəçilərə təqdim edəcək. 

Daha sonra videoların təqdimi və yüklənməsi saytı da  tezliklə internet həvəskarlarının ixtiyarına veriləcək. 

Keçən bir il ərzində təxminən 50-ə yaxın internet xəbər portalı və ölkə qəzetləri azerbaijans.com saytının fəaliyyətini ümumi və ya ayrıca şəkildə işıqlandırmış, xüsusi məqalələr dərc etmişlər. 

Bütün bu göstərilənlər  www.azerbaijans.com  saytının 1 illik fəaliyyəti dövründə həyata keçirilmişdir.  

Bununla yanaşı qeyd edək ki, saytın zənginləşməsi və yenilənməsi istiqamətində fəaliyyət davam etdirilir. Qarşıdakı ildə də internet istifadəçilərini yeni layihələr və sürprizlər gözləyir.



Oxunub: 526731



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on